Tbilisidə iyunun 20-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiya zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Appelyasiya Məhkəməsi qərar qəbul edib.
Saxlanılan şəxslər 4 günlük inzibati həbs cəzası çəkiblər. Onlar məhkəmə zalından sərbəst buraxılıblar.
Məhkəmə 41 nəfərdən ikisinin günahsız olduğunu üzə çıxarıb.
Qeyd edək ki, iyunun 20-də keçirilən kütləvi aksiya zamanı 305 nəfər saxlanılıb. Tbilisidə davam edən kütləvi etiraz aksiyalarının bir tələbi həmin şəxslərin hamısının azadlığa buraxılmasıdır.





