"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“TEAS Press” Nəşriyyat Evinin yeni təqdimatı

13 Noyabr 2014 - 20:39
in MƏDƏNİYYƏT

“TEAS Press” Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi 20-dən artıq uşaq kitabının təqdimatını img1678824keçirib

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Bu gün “TEAS Press” Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi 20-dən artıq uşaq kitabının təqdimatını keçirib.
APA-nın məlumatına görə, təqdim olunan uşaq kitabları “TEAS Press”in peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn edilib.
Bu kitabların nəşri zamanı bir çox janrlar və yaş qrupları üzrə maliyyə-qavrama səviyyələri nəzərə alınıb. Kitablar Türkiyədə Avropa standartlarına uyğun nəfis şəkildə çap edilib. Məşhur amerikalı yazıçı və illüstrator, dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib.
M. Uilyams uşaq ədəbiyyatı ilə məşğul olmazdan əvvəl televiziya ssenaristi və animator olub. “Doqquz il Sezam küçəsi” televiziya layihəsində çalışıb, 6 “Emi” mükafatına layiq görülüb. O, “Nickeladeon” və “Cartoon Network” uşaq telekanalları üçün cizgi filmləri çəkib. “TEAS Press” M. Uilyamsı kitab təqdimatına xüsusi qonaq kimi dəvət edib. M. Uilyams Azərbaycanın gənc yazarları, animator və uşaq ədəbiyyatı üzrə ixtisaslaşan naşirlər üçün ustad dərsi keçəcək.
Tədbirdə məşhur ingilis yazıçısı və illüstratoru Devid MakKinin 4 kitabı təqdim olunub. Eyni zamanda hollandiyalı yazıçı və illüstrator Hido Van Heynektinin “Riki” və “Maks” kitabları, habelə “TEAS Press” müəllifin “Klavus” nəşriyyatı ilə birgə dizayn etdiyi “Rikki” oyuncaqları təqdim edilib.
“Mənim ilk klassik hekayəm” silsiləsindən uşaqlar üçün asan oxunaqlı kitabların təqdimatı da keçirilib. “Capstone” nəşriyyatından alınmış digər silsilə “Sevimli Sevinc” adlanır. Nəşriyyat həmçinin yeniyetmə və orta yaşlı oxucular üçün amerikalı yazıçı Ceff Qunhus tərəfindən yazılmış “Əcinnə ovçuları” seriyasını təqdim edib. Yuxarı yaşlı uşaqlar üçün kitablara “Mənim ilk klassik əsərim” silsiləsi aiddir. Bura “Green Gables malikanəsinin qızı Anni”, “Qara köhlən” və ‘Sirli bağ” əsərləri daxildir.
Tədbirdə çıxış edən “TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsinin rəhbəri Kolin MakDonell bildirib ki, insanlarda müsbət emosiya görən zaman nəşriyyatın nə dərəcədə müsbət iş gördüyünə əmin olub: “Məhz “TEAS Press”in sayəsində Azərbaycanda uşaq ədəbiyyatı ilə bağlı mütərəqqi addım atılıb. Biz uşaqlarda qiraətə maraq yaradan kitabları seçərək tərcümə etmişik. İnanırıq ki, bu kitablar valideynlərə evdə uşaqlara kitab oxumaq vərdişi aşılamağa kömək edəcək. Valideynlər hər gün istisnasız şəkildə uşaqlarına kitab oxumalıdır. Bizim də şüarımız “Gəlin oxuyaq, gəlin paylaşaq” şüarıdır”.
TEAS-ın təsisçisi və sədri Tale Heydərov isə bildirib ki, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək səviyyədə tərcümə edilməsi nəzərdə tutulur. “Biz Azərbaycanı xaricdə təbliğ etməyə çalışırıq. Nəşriyyat Evinin Türkiyədə filialı yaradılıb. Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixinə dair 40 kitab ilk dəfə türk dilinə tərcümə edilib və çapa hazırlanıb. Nəşriyyat uşaq ədəbiyyatı sahəsində ciddi dəyişikliyə nail olmağı prioritet kimi qəbul edib. Ümummilli lider Heydər Əliyev deyib ki, gənc nəsli necə böyüdüb, tərbiyə edəcəyiksə, millətimizin gələcəyi bundan asılı olacaq. Bu müqəddəs borcun həyata keçirilməsində uşaq ədəbiyyatı xüsusi rola malikdir. Ona görə də uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin nəşri, eyni zamanda dünya uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin Azərbaycan dilinə tərcümə edilərək təqdim olunması qərara alınıb. Bu baxımdan Azərbaycan nağıllarının sonluğundakı 3 alma əsas götürülərək, nəşriyyat evinin tərkibində “3 alma” uşaq ədəbiyyatı bölməsi yaradılıb. Bu gün biz fəxrlə deyə bilərik ki, “TEAS Press” Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi 20-dən artıq kitabı təqdim edir”.
Tərcümə edilən kitablar barədə danışan T. Heydərov qeyd edib ki, D. MakKinin “Elmer” müasir uşaq hekayələri ən çox tanınan və sevilən personajdır: “Bu il “Elmer”in 25 illiydir. Azərbaycanda keçirilən tədbir bu yubileyin bir hissəsidir”.
T. Heydərov nəşriyyatın dünyada ən yaxşı nümunələri nəşr edərək, uşaqlara çatdıracağını vurğulayıb: “Biz bütün uşaq ədəbiyyatı müəllifləri ilə əməkdaşlıq etməyə hazırıq”.
Məşhur amerikalı yazıçı və illüstrator M. Uilyams isə çıxışında Bakıya gəlməyin ən böyük arzularından biri olduğunu nəzərə çatdırıb. Daha sonra o, yaradıcılığından söz açıb və sualları cavablandırıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Vəziyyət gərgindir…”- Siyavuş Novruzov

Next Post

Sumqayıtda içi silah-sursatla dolu mədrəsə….

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Sumqayıtda içi silah-sursatla dolu mədrəsə....

Freedom House aparıcı demokratik ölkələri niyə hədəfə alıb?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.