"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tehran Cavad Heyətin Təbrizdə dəfninə izn verməyib

16 Avqust 2014 - 17:29
in DÜNYA

Məşhur alimin Təbrizin Şairlər Məqbərəsində dəfn edilməsini arzu etdiyi bildirilir. Tanınmış araşdırmaçı və img1618689“Varlıq” Dərgisinin yazarı Əlirza Sərrafi sosial şəbəkələrdə yaydığı müraciətdə avqustun 12-də Bakıda vəfat etmiş professor Cavad Heyətin Təbrizdə dəfn edilməsi üçün İran rəsmiləri ilə müzakirələrin uğursuzluqla nəticələndiyini bildirib.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Müraciətdə yazılanlara görə, öncə başda prezident Həsən Ruhani olmaqla İran rəsmilərinin Cavad Heyətin Təbrizdə dəfn edilməsinə razı olduqları söylənib. Ancaq daha sonra İranın Azərbaycandakı səfirliyi məşhur alimin Təbrizə köçürülməsinin mümkün olmadığını mərhumun ailəsinə bildirib. GünAz TV xəbər verir ki, məşhur türkoloqun yaxınlarından olan Rza Heyət də daha öncə öz Facebook səhifəsində bu məsələ ilə bağlı məlumat yayıb. “Bütün çabalara baxmayaraq mərhum Cavad Heyətin Təbrizdə dəfn edilməsi mümkün olmayınca, Bakı Fəxri Xiyabanda dəfn edilməsinə qərar verib”, Rza Heyət bildirib.
Əlirza Sərrafi yaydığı müraciət ilə bərabər həmçinin “Varlıq” dərgisi yazarlarının imzası ilə İran rəsmilərinə yazılmış bir məktubu nəşr edib. “Biz, bu məktubu imzalayanlar, Təbrizin Şairlər Məqbərəsində dəfn edilmək istədiyini dəfələrlə böyük ustaddan eşitdiyimizi bildirir, ölkə və vilayətin məsulları, eləcə də əlaqədar orqanların əməkdaşlığı ilə ustadın son arzusunun yerinə gətirilməsini gözləyirik”, deyə məktubda qeyd edilir. Məktubu tanınmış yazarlar Əziz Möhsüni, Kərim Məşrutəçi, Həsən Məcidzadə, İbrahim Rəfrəf, Əlirza Sərrafi, İsmail Hadi, Eyvaz Taha, Hüseyn Məhəmmədxani, Məhəmməd Rza Heyət və Həsən Cəfərzadə imzalayıb.
C.Heyətin qızı Maral xanım da atasının Təbrizdə dəfni üçün çalışdıqlarını açıqlayıb. Ancaq məlum olduğu kimi, doktor Cavad Heyət Bakıda, İkinci Fəxri Xiyabanda dəfn edildi. Yeri gəlmişkən, Avropadakı güneyli mühacirlərdən bəziləri də C.Heyətin Təbrizdə dəfn olunmasına izn verilmədiyini açıqlamışdılar.
Cavid TURAN 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rus şairi Qarabağla bağlı Putinə müraciət etdi

Next Post

Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərində S-300 və S-125 tipli zenit raket komplekslərindən atışlar həyata keçirilib

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərində S-300 və S-125 tipli zenit raket komplekslərindən atışlar həyata keçirilib

Avropadan Ukraynaya qaz ixracına başlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.