"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tehran “neft silahı”nı sınayacaq – ŞƏRH

18 Noyabr 2014 - 20:16
in DÜNYA

Neft və atom bombası dünya diplomatiyasının arxasında duran əsas silah olaraq qalmaqdadır. Düzdür, iran-tehran-mikroskopikincidən 59 ildən artıqdır istifadə edilmir. Ancaq “neft silahı” dünya siyasəti və iqtisadiyyatına təsir edən başlıca silah statusunu gerçək olaraq qoruyur.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Yayda neftin bir barreli 110 dollar idisə, noyabrın ortalarında “qara qızıl” az qala 40 dollar ucuzlaşıb.

Son 40 ildə “neft silahından” ilk dəfə 1980-ci illərin ortalarında Səudiyyə Ərəbistanı krallığı dünya bazarına ucuz neft ixrac etməklə o vaxt özünü  Bağdadın “kor xəlifəsi” kimi aparan Səddam Hüseyn rejiminin laxlamasına təsir göstərmişdi (onda neftin bir barreli 10 dolardan da ucuzlaşmışdı). Bu, Əfqanıstanda savaşan keçmiş SSRİ-nin də iqtisadiyyatını çökdürdü.

 

Ötən il İran neftinə tətbiq edilən sanksiya Tehrandakı rejimin yumşalmasına səbəb oldu. Ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyi 2013-cü il sentyabrın 17-də İnqilab Keşikçiləri Qvardiyasının komandirləri ilə görüşdə xarici siyasət məsələsinə toxunarkən bunları vurğulamışdı: “Siyasət – təbəssüm, müzakirə və yenə müzakirə üçün təşəbbüsü ələ almaq sahəsidir. Mən xarici siyasətdə bir neçə il əvvəl “qəhrəmancasına yumşalma taktikası” adlandırdığım prinsipin tərəfdarıyam və buna inanıram. Hesab edirəm ki, bu cür davranmaq bir çox halda vacibdir. Ancaq belə bir hərəkət əsas şərtə söykənərək aparılmalıdır. Məsələn, bir güləşçi lazım olan vaxtda fənd işlədib yumşaldığını göstərir. Amma o, rəqibinin kim olduğunu və hansı hədəfi izlədiyini unutmur”.

 

Bundan sonra İran hakimiyyəti ilə Qərb arasındakı gərgin münasibətlərdə “yumşalma” yaranmağa başlayıb. ABŞ diplomatları iranlı həmkarları ilə artıq gizli görüş keçirmir. İngiltərə isə iki ilə öncə Tehranda bağladığı səfirliyi bərpa edib.

 

Hazırda iki dövlətə, İran və Rusiyaya qarşı sanksiyalarla bağlı məsələ müzakirə edilir. Noyabrın 24-də İranla “altılıq” arasında Tehranın atom-nüvə problemi ilə bağlı danışıqların növbəti olacaq. Həmin müzakirələrin nəticəsi əsasında İslam Respublikasına qarşı tətbiq olunan sanksiyalar bir dəfəlik ləğv edilə bilər.

 

Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasətə görə də Moskvaya qarşı yeni sanksiyaların tətbiq edilməsi müzakirə edilir.

 

Noyabrın 27-də isə Neft İxracatçısı Ölkələr Birliyinin (OPEC – “The Organization of the Petroleum Exporting Countries”) toplantısı keçiriləcək.

Moskva ilə Qərb arasında yaranmış gərginliyin yeni başladığını və hələ bir müddətdə də davam edəcəyini ehtimal etsək, habelə Rusiya prezidenti Vladimir Putinin «neftin ucuzlaşması iqtisadiyyatımıza təsir etməyəcək» deyiminə inansaq, bu məsələni Tehrana daha çox aidiyyəti olduğu qənaətinə gələ bilərik.

 

Çünki İran iqtisadiyyatının 80 faizə yaxını neft və təbii qazdan gələn gəlirin hesabına formalaşır.

 

Heç şübhəsiz, “qara qızıl”ın ucuzlaşması sanksiyaya məruz qalan İranın iqtisadiyyatına ciddi təsir göstərir.

 

24 noyabr müzakirəsi öncəsi Tehran neftlə bağlı yaranmış vəziyyətdən yararlanmağa çalışır.

 

Qeyd edək ki, OPEK-ə üzv dövlətlər – İran və Venesuela neft hasilatının artırmasına qarşı çıxış edir. Hətta ötən gün İran və Venesuela arasında bu yöndə razılaşmanın da əldə edildiyinə dair xəbər yayılıb. İslam Respublikasının neft naziri Bijən Zəngənə ilə Venesuelanın xarici işlər naziri Rafael Ramires “qara qızıl”-ın bir barrelinin 100 dollardan aşağı düşməməsinə dair razılıq əldə ediblər.

 

İran ali təhlükəsizlik şurasının katibi Əli Şamxani isə bildirib ki, Tehranla “altılıq” arasında nüvə razılaşması antiiran sanksiyaların ləğvi ilə nəticələnməlidir.

 

Onun sözlərinə görə, “altılıq” üzvləri (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) daxilində “anlaşılmazlıq” fonunda İran  Qərbin “yüksək tələblərinə tabe olmaq niyyətində deyil və bu, yekun razılaşmanın əldə edilməsi üçün İranın atom danışıqları aparan komandasına təsir etməyəcək”.

 

Yeri gəlmişkən, İslam Respublikasını Rusiya və Çin dəstəkləsə də, Tehrana qarşı tətbiq edilən sanksiyaların hamısına onlar da səs verib.

 

Beləliklə, noyabrın 24-də keçiriləcək müzakirədə “altılıq”ın güzəştə getməsi üçün Tehran da “neft silahından” yararlanmaq da iddialı görünür. Başqa sözlə, ehtimal etmək olar ki, neft hasilatını artırmaq qarşılığında İran hakimiyyəti Qərbdən sanksiyaların birdəfəlik ləğvini istəyir. Düzdür, İran neftinə tətbiq edilən sanksiya hələ aradan qaldırılmayıb. Elə Tehranın tələbləri arasında başlıca məsələ budur. Odur ki, noyabrın 24 və 27-də qəbul ediləcək qərarlar “neft silahının” gücünü bir daha sınaqdan çıxması üçün şərait yarada bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“İŞİD-in axırına özümüz çıxacağıq…”

Next Post

Ruslar Vaşinqtonun hərəkətlərindən niyə narahatdır?

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Ruslar Vaşinqtonun hərəkətlərindən niyə narahatdır?

“Ermənistanın təxribatları ilə bağlı məsələ AŞPA-da qaldırılıb”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.