Elchi.az xəbər verir ki, Bu il 6-cı dəfə təşkil olunacaq aviasiya kosmos və texnologiya festivalı TEKNOFEST sabah Atatürk Hava Limanında ziyarətçiləri ilə görüşəcək.
Türkiyənin fəxri Bayraktar KIZILELMA və GÖKBEY festival ərazisində qonaqlarını gözləyir.
İstanbul Atatürk Hava Limanında keçiriləcək festival mayın 1-də başa çatacaq.
Türkiyənin səmadakı yeni gücü KIZILELMA da festival sahəsində olacaq. Dünən Çorlu Hava Limanından havaya qalxan KIZILELMA təxminən 35 dəqiqə davam edən uçuşla Atatürk Hava Limanına enib.
Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar sosial media hesabında KIZILELMA-nın uçuş görüntülərini yerləşdirib.
Nuranə Məmmədova






