"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Televiziya və radiolarda dillə bağlı vəziyyət ürəkaçan deyil” – MTRŞ sədri

05 Dekabr 2018 - 15:40
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“2008-ci ildən bu günə qədər televiziya və radio yayımında Azərbaycan dilinin tətbiqi məsələsi öz həllini tapıb. Amma təəssüf ki, televiziya və radio yayımı zamanı hələ də ədəbi dil normalarına uyğun addımların atılması ilə bağlı ciddi problemlər qalmaqdadır”.

“Report” xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə müəyyən irəliləyişlər var və bir sıra mənfi tendensiyalar aradan qalxıb: “Bizi narahat edən məqamlardan biri də şou xarakterli verilişlərdə aparıcıların səsləndirdiyi fikirlərdir. Çünki həmin verilişlərdə bayağı, loru sözlərin işlənməsi, eləcə də varvarizmlər baş alıb gedir. Biz daim televiziya kanallarının rəhbərlərinə tövsiyyələrimizi veririk. Bu məsələni daim diqqət mərkəzində saxlamaq lazımdır”.

MTRŞ sədri qeyd edib ki, televiziya kanallarının rəhbərləri aparıcıların Azərbaycan dilində tam səlis danışa bilməsinə önəm verməlidir: “Ədəbi dilin normalarının qorunması zamanı yol verilən nöqsanlara insanların yanaşmaları mənfidir. Televiziyalarda və ya radiolarda məişət dilində danışıqlara da rast gəlinir. Adi yaşayışda buna normal yanaşırıq, bu danışıq tamaşa, yaxud bədii filmlərdə ola bilər. Lakin aparıcının dilində bu cür ciddi nöqsanlar olmamalıdır”.

O əlavə edib ki, reklam çarxlarında, sağlamlıq proqramlarında qonaqların öz ana dilində danışmamağı da problemdir: “Bu barədə də kanal rəhbərliyi ilə söhbət aparılıb. Qloballaşan dünyada böyük güclərin öz siyasətlərini başqa dövlətə öz dilləri vasitəsilə yeridə bilməsi bizi narahat edən digər məsələdir. Ona görə də reallıqdan çıxış etməliyik. Gücə qarşı durmaq çətindir, amma yenə də efirlərə kənar sözlərin daxil olmasının qarşısını almalıyıq. Hesab edirəm ki, televiziya və radiolarda bu sahədə vəziyyət ürəkaçan deyil. Onlar cəmiyyətə nümunə olmalıdır. Hər bir vətəndaş dil məsələsində öz mövqeyini ortaya qoymalıdır. Efiri təmsil edən şəxslər ədəbi dil normalarına uyğun danışmalıdırlar”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Məmurun ana dilini bilməməsi onun qəbahətidir” – Əli Həsənov

Next Post

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

İntensiv yağış, qar yağacaq – XƏBƏRDARLIQ

İntensiv yağış, qar yağacaq - XƏBƏRDARLIQ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.