"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Televiziyalarda ədəbi dil ən çox “Lider TV” və “Xəzər TV”də pozulur

17 Aprel 2015 - 12:59
in MANŞET

lider_tv_060215_06Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, mətbuat konfransında bu ilin yanvar-aprel aylarında Dilçilik İnstitutu və Milli Televiziya və Radio Şurasının “Televiziyaların xəbər proqramlarının dili” mövzusunda  birgə keçirdiyi monitorinqin nəticələri açıqlanıb.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

İnstitutun direktoru, akademik Tofiq Hacıyev dövlət proqramının yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb. O, ədəbi dilin KİV sahəsində, xüsusən də televiziyalarda işlənməsinin özəllikləri və mövcud problemlər, o cümlədən nöqsanlar haqqında danışıb. T. Hacıyev deyib ki, ölkənin 6 televiziya kanalını əhatə edən monitorinqdə (İctimai TV, ANS TV, ATV, “Space TV”, “Lider TV” və “Xəzər TV”) xəbər və xəbərdən törəmə proqramların dili araşdırılıb, bu proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib: “Televiziyalarda müəyyən irəliləyişlər nəzərə çarpır. Amma televiziya sahəsi elədir ki, orada irəliləyişdən daha çox qüsurlar hiss olunur”.

MTRŞ sədrinin müavini Qafar Cəbiyev qurumun TV-lərlə bağlı apardığı son monitorinqlər zamanı diqqəti cəlb edən əsas nöqsanlardan danışıb. O, dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini xüsusi qeyd edib.

İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli TV-lərin dilinin monitorinqi sahəsində bəzi problemləri diqqətə çatdırıb. O, dil qüsurlarının aradan qaldırılması məqsədilə Dilçilik İnstitutunun MTRŞ ilə birgə may ayında keçirəcəyi təlimlər barədə də məlumat verib.

İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitorinqi üzrə qrup rəhbəri Şahlar Məmmədli monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlandığını söyləyib və dil səviyyələri üzrə 145 səciyyəvi nümunənin tədqiqata cəlb edildiyini nəzərə çatdırıb: “Onlardan 74-ü leksik-üslubi, 29-u fonetik, 41-i isə qrammatik normaya aid dil qüsurlarıdır. Araşdırma zamanı 20% fonetik norma, 24% leksik norma, 27% üslubi norma, 22% morfoloji norma və 7% sintaktik norma pozuntusu məlum olub. Faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normalarının pozulma hallarını əks etdirən faktlardan 15%-i “İctimai TV”də, 14%-i ATV-də, 15%-i ANS TV-də, 18%-i “Xəzər TV”də, 17%-i “Space TV”də, 21%-i isə “Lider TV“də müşahidə edilib. Buna baxmayaraq, dil səviyyələri üzrə fərqli nəticələr üzə çıxıb: fonetik normanın tələblərinə ən çox “İctimai TV”, ən az ATV riayət edib. Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib. Qrammatik normanın pozulma halları isə ən çox “Xəzər TV“də müşahidə edilib”.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ hərbçiləri Ukraynada – FOTO

Next Post

Rüşvət alan rəis həbs edildi, idarəsi isə ləğv olundu

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Rüşvət alan rəis həbs edildi, idarəsi isə ləğv olundu

Səlim Müslümov Əhməd Davudoğlu ilə görüşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.