"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Telko məzmun doğma dildə” – FOTO

03 Dekabr 2018 - 17:50
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azercell şirkəti Yüksək Texnologiyalar Parkının KİV nümayəndələri üçün təşkil etdiyi infosessiyada iştirak edib

Müasir texnoloji yenilikləri Azərbaycanın rabitə bazarında uğurla tətbiq edən “Azercell Telekom” MMC Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin KİV nümayəndələri üçün təşkil etdiyi “Texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılması” adlı info-sessiyaya da öz dəstəyini verib. Tədbiri açan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılmasının əhəmiyyətli bir məsələ olduğunu və bununla bağlı işlərin görülməsinin zəruriliyini vurğulayıb, cəmiyyətin diqqətini intellektual movzulara yönləndirilməsi və ümumiyyətlə intellektual dəyərlərin, kontentin təbliğatına dair bütün mediani səfərbər olmağa cağırıb.

“Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayatədbirdə iştirak edərək, “Telko məzmun doğma dildə; KSM Telko prizmasından” təqdimatı ilə çıxış edib, telekommunkasiyaya aid keyfiyyətli məzmunun Azərbaycan dilində yaradılması və yayımı, eləcə də internet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq mövzularında məruzə edib. Nigar Şıxlinskaya şirkətin bu yöndə həyata keçirdiyi layihələrdən və innovativ təşəbbüslərindən söz açıb, kommunikasiya sahəsində təcrübəsini media nümayəndələrilə bölüşüb. Həmçinin şirkət tərəfindən 2017-2018-ci illərdə Azercell-in telekommunikasiya sahəsində həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət və “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusuna dair layihələrindən də bəhs edib.

Tədbirdə iştirak edən digər məruzəçilər – Barama Media şirkətinin direktoru Aynur Kərimova və Technote.az layihəsinin rəhbəri Fərid Pərdəşünas texnoloji məsələrlə bağlı informasiyanın ötürülməsində etibarlı mənbələrdən istifadə etməyin nə qədər önəmli olduğunu və bu tip xəbər yayımlarında yeni metodlardan istifadənin vacibliyini dilə gətiriblər. Həmçinin KİV vasitələrində xəbər yayımlarının yeni metodlarından, az müddətdə daha çox informasiya verməyin yollarından bəhs ediblər.

Məlumat üçün bildirək ki, Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC media nümayəndələrinə yardımçı olmaq məqsədilə texnoloji terminlərin izahı ilə bağlı lüğət hazırlayıb. Lüğət seminar iştirakçılarına da təqdim edilib. Seminar info-sessiya məruzəçiləri ilə KİV nümayəndələri arasında sual-cavabdan ibarət maraqlı müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, Azercell Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edir. İki qurum arasında imzalanan memoranduma əsasən YT Park ilə Azercell arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə təlimlərin təşkil edilməsi, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək, müştərək layihələrin hazırlanması nəzərdə tutulub. Bundan əlavə mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.




Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bakcell” abunəçiləri eksklüziv endirim və imtiyazlardan yararlanır – FOTO

Next Post

Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Bu yollarda yeni çatlar yarandı – SİYAHI

Bu yollarda yeni çatlar yarandı - SİYAHI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.