"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Telman İsmayılova şok zərbə

16 Oktyabr 2015 - 17:03
in XƏBƏR LENTİ

VTB Bank Azərbaycan əsilli oliqarx Telman İsmayılovun 250 milyon dollarlıq əmlakına cəmi 33 milyon təklif edir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Telman İsmayılovun borclu olduğu banklardan biri “Vneştorqbank” (VTB) onun girov qoyulmuş, bazar qiyməti 250 milyon dollar olan daşınmaz əmlakına cəmi 33 milyon dollar dəyərində qiymət verib. Məlum olub ki, Telman İsmayılovun “Praqa” restoranı, Krasnaya Presnyadakı ofisi və İzmaylovodakı ticarət mərkəzi VTB-də girovdur.

“AST” şirkətlər qrupu bu əmlakı 250 milyon dollar dəyərində qiymətləndirsə də, bank həmin daşınmaz əmlakı T.İsmayılovun borcundan 33 milyon dollar silməklə öz mülkiyyətinə keçirməyi təklif edib. Səbəb isə Moskvada kommersiya təyinatlı daşınmaz əmlakın qiymətinin kəskin enməsi ilə əlaqələndirilir.

Ümumiyyətlə, cari il oliqarx üçün heç də uğurlu olmayıb. Onun, hətta, müflisləşdiyi də deyilir. Bu ilin oktyabrın 6-da “Bank Moskva” tərəfindən T. İsmayılova qarşı iddia qaldırılıb. Bank oliqarxın ona borclu olduğu 213 milyon dolları ödəmək qabiliyyətinin olmadığını bildirib və iş adamını müflis elan etməyi tələb edib.

İddia Moskva arbitraj məhkəməsinə 14 iyulda daxil olub. Üçüncü tərəf kimi dinləməyə Böyük Britaniyanın Virciniya adalarında qeydiyyatda olan “Ruslan 2000” MMC kompaniyası da cəlb edilib. Bu firmanın fəaliyyətinin əsas növü daşınmaz əmlakın idarə olunmasıdır.

İddiada deyilir ki, nə götürülən kreditin faizi, nə də, borcun özü ödənilməyib. Odur ki, oktyabrın birinə kimi bütün cərimələr və gecikdirilmiş faizlərlə birgə ümumi borc 286,4 milyon dollara çatıb. “Moskva bankı”ndan verilən açıqlamda isə bildirilir ki, Telman İsmayılov xeyli vaxtdır ki, pul öhdəliklərini icra etmir və o, ödəmə qabilliyyətli deyil. Bununla əlaqədar olaraq, bankın hüquqşünasları Telman İsmayılovu məhkəməyə verib və onu müflis olmuş kimi tanımağı tələb edib.

Üç gün bundan əvvəl milyaderin Odessada şərik olduğu “Yeddinci kilometr”, indiki“Avanqard” bazarına Ukrayna parlamentinin 25 deputatı hüquq-mühafizə orqanlarının və Dövlət Vergi Xidmətinin rəhbərliyinə şikayət göndərib. “Yeddinci kilometr” bazarının səhmlərinin 53 faizi Azərbaycan əsilli oliqarx Telman İsmayılovun “AST” şirkətlər qrupunun mülkiyyətindədir.

“AST” şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, gündəmə gəlmişdi. Bazarda bir müddət hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

T.İsmayılovun başqa Rusiya banklara, o cümlədən, Türkiyə banklarına, şirkətlərə, fərdi şəxslərə yüz milyonlarla dollar borcu olduğu da deyilir.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsiniRusiyada keçirən Telman İsmayılov hazırda da Rusiyada yaşayır və “AST” Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir.

Telman İsmayılova şok zərbə
Telman İsmayılova şok zərbə

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BAXCP sədri görüşlərə başladı

Next Post

Böhran mağazaları vurdu – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Böhran mağazaları vurdu - FOTOLAR

Bulvar balıqçılarının "sürgün" edildiyi estakadadan reportaj... - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.