8-i FETÖ, 2-si PKK/KCK terror təşkilatı üzvü olmaqla 15 nəfər Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edərkən yaxalanıb.
Elchi.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Sərhəd Qartallarının Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 15 nəfəri yaxaladığı bildirilib.
Müayinədə həbs edilən şəxslərdən 8-nin FETÖ, 2-nin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib.
Şayəstə





