Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın gəliri bu ilin ikinci rübündə illik müqayisədə 47 faiz, xalis mənfəəti isə 20 faiz artıb.
Elchi.az xəbər verir ki, Tesla bu ilin ikinci rübü üçün balans hesabatını açıqladı.
Müvafiq olaraq, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 47 artaraq 24,9 milyard dollara çatıb. Tesla 2022-ci ilin ikinci rübündə 16,9 milyard dollar gəlir əldə edib.
Elektrik avtomobil istehsalçısının xalis mənfəəti də ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 2,7 milyard dollara çatıb. Keçən ilin eyni dövründə Tesla-nın xalis mənfəəti 2,3 milyard dollar olub.
Şirkətin səhm başına qazancı 2022-ci ilin ikinci rübündəki 76 sentdən bu ilin eyni dövründə 91 sentə yüksəlib.
İlin birinci rübündə yüzdə 19,3 olan Teslanın ümumi mənfəət marjı, şirkətin qiymət endirimləri yolu ilə satışları artırmaq səyləri nəticəsində ilin ikinci rübündə 18,2 faizə düşüb.
Şayəstə Hüseynova




