"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Test üsulu ləğv edilə bilərmi? – ekspert açıqlaması

13 Avqust 2015 - 17:55
in XƏBƏR LENTİ

Test üsulu ləğv edilə bilərmi? - ekspert açıqlaması

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Etibar Əliyev: “TQDK-nın ləğvindən daha çox orta və ali təhsilin keyfiyyəti barədə düşünmək lazımdır”

Artıq TQDK-nın keçirdiyi qəbul imtahanlarının ixtisas seçimi də yekunlaşıb. Hər il qəbul imtahanlarından sonra test üsulunun ləğv ediləcəyi haqda xəbərlər yayılır. Test üsulunun ləğv ediləcəyi ilə bağlı dolaşan xəbərlərin nə dərəcədə doğru olub-olmadığı gələcək abituriyentlərlə yanaşı, valideynlərin də narahatlığına səbəb olub. Maraqlıdır, doğrudan da test üsulu ləğv edilə bilərmi? Ləğv edilərsə, bu, təhsilə necə təsir edəcək?
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev “Yeni Müsavat”a mövzunu şərh edib. O, test üsulunun zərurətdən yarandığını bildirib: “Tələbə qəbulunun test üsulu ilə aparılması zərurətdən yaranıb. Bu qurumun yaranması həm də sosial sifariş idi. Biz Sovet vaxtı ali məktəblərə daxil olmuşuq. Həmin dövrlər qəbul imtahanlarında hansı neqativ halların baş verməsini gözəl bilirdik. Təsəvvür edin, indiki qəbul sistemi həmin vaxtlar olsaydı, bir qabiliyyətli abituriyent kənarda qala bilməzdi. Qəbulun nəticəsindən asılı olaraq Sovet hakimiyyəti  vaxtı ali məktəblərin məzunlarının böyük əksəriyyəti yaxşı həkim, müəllim və mühəndis ola bilmədi. Çünki qəbul prosesində çox böyük qüsurlar vardı. Təbiət elmləri üzrə ixtisaslara qəbul olunan tələbələr var idi ki, kvadrat tənlik həll edə bilmir, Nyuton qanunlarından xəbərsiz idilər. Analoji vəziyyət humanitar fənlər üzrə daxil olanlarda da hiss edilirdi. Cümlə təhlil edə bilməyənlər Filologiya fakültəsinə daxil olurdular”.
E.Əliyevə görə, o vaxtlar qəbul qüsurlu olsa da ali təhsil güclü idi: “Ancaq zəif tələbədən mütəxəssis hazırlamaq mümkün deyildi. İndi qəbul şəffafdır, verilən ali təhsil isə keyfiyyətsizdir. Son zamanlar eşidirik ki, TQDK-da islahatlar aparılmır, suallar çətinləşdirilir və sair. Bunlar həqiqətə uyğun deyil. Mən hələ indiyə qədər eşitməmişəm ki, TQDK məktəb proqramlarından kənar heç olmasa bir dənə də olsun test tapşırığı hazırlasın. TQDK-nın tələbə qəbulu və buraxılış imtahanlarının keçirilməsi sahəsində gördüyü işləri bu qurumun hər il hazırladığı iri həcmli elmi-statistik təhlillə (təxminən 500 səh.) tanış olmadan  qiymətləndirmək olmaz. Bu nəşrlərdə təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, abituriyentlərin ayrı-ayrı fənlər üzrə nəticələri, onların müxtəlif ixtisas qruplarına meyl və maraqları, ali təhsil müəssisələrinə qəbul olma göstəriciləri, yüksək və zəif göstəricili rayonlar və məktəblər, ali məktəblərin reytinqi, orta ixtisas, magistratura və rezidentura səviyyələrinə qəbulun nəticələri, həmçinin ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanları üzrə nəticələri təhlil olunur. Orta məktəblərdə verilən təhsilin keyfiyyətinin yaxşılaşdırılması, yaxud tənəzzülü bu qurumun keçirdiyi imtahanlarda aydınlaşır. Növbəti məsuliyyət ali məktəblərin üzərinə düşür. Bizdə elə ali məktəblər var ki, ora daxil olan yüksək ballılar istedadlarını gerçəkləşdirə bilmirlər. Çox vaxt buna şərait də yaradılmır. Ancaq elə ali məktəblər də var ki, ora daxil olanlar bilik səviyyələrinə görə dünyanın tanınmış ali məktəblərinin tələbələri və məzunları səviyyəsində yetişə bilirlər”.
E.Əliyev TDQK-nın ləğvindən çox orta və ali təhsilin keyfiyyətinin yüksəldilməsi haqda düşünməyin vacib olduğunu bildirdi: “TQDK-nın ləğvindən çox orta və ali təhsilin keyfiyyəti barədə düşünmək lazımdır. Hesab edirəm ki, bu qurum hələ bir neçə onilliklər ona olan etimadı doğruldacaq. İndiki vəziyyətdə bu qurumun fəaliyyəti elə inkişaf etmiş ölkələrdə tələbə yerləşdirilməsi qaydalarından fərqlənmir. Çünki əsas meyarlara – şəffaflıq və obyektivlik meyarlarına yüksək səviyyədə əməl olunur”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Mançester Yunayted”dən “Bavariya”lı üçün 50 milyon avroluq təklif

Next Post

ABŞ İraqa yenidən qayıdır?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ İraqa yenidən qayıdır?

27 vergi orqanı əməkdaşı cəzalandırıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.