ABŞ- ın cənubundakı Texas ştatında tornado baş verib .
ABŞ-ın Texas ştatında tornado nəticəsində 3 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Matador Bələdiyyə Başçısı Pat Smith, mətbuata verdiyi açıqlamada, Matador boyunca böyük ziyan meydana gəldiyini və 3 nəfərin öldüyünü ifadə edib.
Tornadonun təsirindən ağaclar, elektrik xətləri və bəzi avtomobillər sıradan çıxıb. Rolling Plains-də geniş şəkildə elektrik kəsilməsi ilə Jayton bölgəsində 700-dən çox abunəçi işıqsız qalıb.Dağıntılar altında qalan insanların axtarış-xilasetmə işləri davam edir.
Nuranə Məmmədova




