Bu gün “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Bu barədə mUsavat.com-a bankın mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, iclasda qəbul olunan qərara əsasən, Müşahidə Şurasının tərkibi 3 nəfərdən 5 nəfərə yuksəldilib. Yeni üzvlər Yelmar Əmirxan oğlu İskəndərov və Allahverdi Hüseyn oğlu Dəmirovdur.
Xatırladaq ki, “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Mahmud oğlu Əliyevdir.




