Texniki heyət üzvlərinin Media Reyestrində qeydiyyatdan keçməsi nəzərdən tutulmayıb
Elchi.az xəbər verir ki, bunu MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva bu gün MEDİA-nın rəsmi səhifəsində Feysbukda canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, “Media haqqında” qanunda texniki heyət jurnalist anlayışı ilə əhatə olunmayıb. Ona görə də onlar Media Reyestrinə daxil ola bilməyəcək. Buna baxmayaraq, onların fəaliyyətində hər hansı məhdudiyyət olmayacaq.
“Fotomüxbirlər jurnalist anlayışı ilə əhatə olunduğu üçün onlar da reyestrdə qeydiyyatdan keçə bilərlər. Amma fotoqraflar jurnalist anlayışı ilə əhatə olunmadığı üçün reyestrə düşə bilməyəcəklər”.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





