“İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammiti zamanı Ukrayna alyansa qoşulmaq üçün konkret cədvəl almayacaq”.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə “The Guardian” yazır.
Eyni zamanda, Kiyevə gələcəkdə hərbi bloka daxil olmaq üçün sürətləndirilmiş prosedur vəd oluna bilər. Onlar həmçinin Kiyevin Üzvlük üzrə Fəaliyyət Planı (MAP) həyata keçirilmədən bloka üzv ola biləcəyi variantını nəzərdən keçirirlər.
Fəaliyyət Planı həyata keçirilmədən, xüsusilə İsveç və Finlandiya NATO-ya üzv olmaq proseduruna ötən ildən başlayıb. Eyni zamanda, Finlandiya 2023-cü ilin aprel ayının əvvəlində NATO-ya qoşulub, Macarıstan və Türkiyə isə İsveçin alyansa daxil olmasına mane olur.
Xatırladaq ki, bundan əvvəl “The New York Times” qəzeti yazıb ki, NATO ölkələri ABŞ hakimiyyətini Ukraynanın alyansa daxil olması prosesini sürətləndirməyə və onun dəqiq tarixlərini göstərməyə inandırmağa çalışır.
Nəşrin yazdığına görə, blokun əksər üzvləri NATO-nun Vilnüs sammiti zamanı Kiyevə ölkənin təşkilata daxil olması üçün dəqiq qrafik təqdim etmək istəyir. ABŞ-ın bu məsələdə mövqeyi Almaniya tərəfindən dəstəklənir.
Yeganə





