“Heç kəs, hətta arvadı da Putini xeyriyyəçi saymaz. Ancaq o, suriyalıların kütləvi miqrasiyasına son qoyan insan kimi tarixə keçə bilər.”
Avropa.info xəbər verir ki, bu haqda “The Washington Times” qəzeti yazır.
Qəzet yazır ki, Obama digər Avropa liderləri ilə əlləri bağlı halda, Suriyadakı vəziyyətə həyəcanla tamaşa edərkən Putinin Əsədə dəstəyi münaqişəni bitirən və ümidini kəsmiş suriyalıları öz ölkələrində qalmağa inandıran ciddi faktor ola bilər:
“Suriyalı qaçqınlar təhlükəsiz yaşamaq üçün Avropaya axın edəndə Rusiya Avropa dövlətlərindən kənarda dayandı və qaçqınlara sığınacaq vermək, humanitar yardım göstərmək məsələsində heç bir beynəlxalq plana qoşulmadı. Əksinə, Putin Qərbi regionda münaqişəni qızışdırmaqda ittiham edirdi. Bu isə öz-özlüyündə çox təbiidir”.
Yazının müəllifi Putinin miqrantları öz ölkəsinə dəvət etməmək istəyini Çeçenistandakı müharibələrlə və müsəlman əhalinin sürətlə artmasına bağlayır.
“Putin suriyalıların məşəqqətinə rus ayısının üzüntüsü ilə baxır. Bu zəmanəmizə ironiya sayıla bilər, əgər o, Suriyada axan qanı qətiyyəti və milli maraqlarını qoruyaraq dayandıra bilsə”, deyə müəllif qeyd edir.



