"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tiflis Bəyannaməsinin əhəmiyyəti nədir?

19 Fevral 2016 - 14:10
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki münaqişənin, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionundakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamə və qərarlarına müvafiq olaraq tez bir müddətdə sülh yolu ilə nizamlanması əlahiddə vacibdir”.

Azərbaycan XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, bu barədə Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tiflis görüşünün sonunda qəbul olunan yekun Bəyannamədə deyilir. Sənəddə bildirilir ki, regionda mövcud olan münaqişələr sülh, sabitlik və iqtisadi inkişafa mane olur və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsipləri əsasında dinc yolla həll olunmalıdır.

Bəyannamədə üçtərəfli formatda müntəzəm görüşlərin keçirilməsindən məmnunluq ifadə edilir. Nazirlər üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələri alqışlayaraq strateji tərəfdaşlıq və siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirməsində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair əzmlərini bir daha vurğulayıblar.

Sənəddə 17-18 fevral 2016-cı il tarixlərində müvafiq olaraq Ankara və Diyarbəkrdə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış, 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş dəhşətli terror hücumları ən ağır sözlərlə qınanıb və bir daha terrorizmin əsl mahiyyəti ifşa olunub: “Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiqləyir, türk xalqına dərin başsağlığı verir və terror hədəsi ilə mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını bir daha qeyd edirlər”.

Nazirlər Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi, Xəzər hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına karbohidrogen ehtiyatlarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstəklərini ifadə edib və cəlb olunan bütün ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolunu vurğulayıblar.

Bəyannamədə nəqliyyat, enerji, ticarət sahələrində və “İpək Yolu” marşrutu üzrə insanlararası əlaqələrin yaradılmasında əməkdaşlığı daha da gücləndirəcək tarixi “İpək Yolu”nun bərpa olunmasında üç ölkənin xüsusi rolu qeyd olunub. Nazirlər Asiya və Avropa arasında rəqabətli nəqliyyat daşımalarının asanlaşdırılmasında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətli roluna diqqət çəkiblər, 2015-ci ildə dəmir yolunun Gürcüstan hissəsinin uğurlu sınağını məmnunluqla qeyd ediblər və Bakı-Tbilisi-Qars dəmir yolunun ən qısa müddətdə fəaliyyətə başlamasının böyük əhəmiyyətini bir daha ifadə ediblər. Bu xüsusda, 12 fevral 2016-cı il tarixində keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Əlaqələndirmə Şurasının üçtərəfli nazirlər görüşündəki məhsuldar məsləhətləşmələr alqışlanıb.

Nazirlər 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində üçtərəfli layihələrin həyata keçirilməsini qiymətləndiriblər və turizm, enerji, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, humanitar, gənclər və idman sahələrində sahəvi əməkdaşlığın mövcud potensialından tam istifadənin vacibliyini qeyd ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ Türkiyənin terrordan müdafiəsini DƏSTƏKLƏDİ

Next Post

Türkiyədə daha bir faciə – hərbçilərin binası uçdu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyədə daha bir faciə - hərbçilərin binası uçdu

Əhali 1 ayda ərzağa 1,1 milyard pul xərcləyib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.