Əlverişsiz hava şəraiti ilə əlaqədar Tiflis Beynəlxalq Hava Limanından bir sıra istiqamətlərə uçuşlar həyata keçirmək baş tutmayıb.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Bildirilib ki, xüsusilə də Bakı, İstanbul, Münhen, Riqa, Dubay istiqamətlərində uçuşlar ləğv edilib.
***
Tiflisdə əlverişsiz havaya baxmayaraq Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-Tiflis və əks istiqamətdə bu günə olan bütün uçuşlarının cədvəl üzrə yerinə yetirilməsi nəzərdə tutur.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata görə, “Georgian Wings” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna bu günə nəzərdə tutulan reysi ləğv edilib.
Qeyd edək ki, sərnişinlər uçuş statusu haqqında əlavə məlumatı Bakı hava limanının veb-saytında və ya aviaşirkətlərlə əlaqə saxlayaraq əldə edə bilərlər.






