
Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə “ASAN xidmət”in Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən indiyə kimi monitorinq olunmuş işçilərin sayı açıqlanıb.
Elchi.az APA-ya istinadən xəbər verir ki, Xidmətin Monitorinq Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov bildirib ki, monitorinq olunmuş işçilərin sayı 1641 nəfərdir.
Qeyri-rəsmi məşğulluq səviyyəsinin 32 faiz olduğunu diqqətə çatdıran F.Cəfərov qeyd edib ki, monitorinqlərdən sonra 20 561 əmək müqaviləsi bağlanıb.





