“Tikinti aparılarkən ilk növbədə tikinti aparılacaq ərazinin torpaq, suxurlarının geoloji tədqiqat prosesi aparılmalıdır. Birinci tikinti aparılacaq yerdə ən azı arzu olunmayan proseslərin gedib getməməsini müəyyənləşdirmək lazımdır”. Bunu Elchi.az-a açıqlamasında tikinti üzrə ekspert Vüqar Oruc deyib.
O, həmçinin əlavə edib:” Azərbaycan müxtəlif şəhərlərin özünün planları var və həmin plana uyğun olub olmaması müəyyən olunmalıdır. Eyni zamanda yaxındakı ərazidə yerləşən binalara məsafə nəzərə alınmalıdır. Məsafə məsələsi yaxındakı binalarıntikinti prosedur qaydalarına uyğun olaraq tənzimlənir. Və həmin prosedur qaydalara müvafiq olmalıdır. Yeni tikiləcək binanın yaxındakı binalarla məsafə tutumu bundan əlavə eyni zamanda tikintini öz üzərinə götürən partada şirkət ciddi şəkildə araşdırılmalıdır”.
Havar Şəfiyeva




