DTEK Kiyev Regional Elektrik Şəbəkələrinin baş direktoru Maksim Timçenko Ukraynadakı enerji böhranı fonunda ukraynalıları yazın gəlişinə daha 122 gün dözməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə Timçenko Bloomberg-ə müsahibəsində “122 gün dayanmalıyıq” dedi.
O, əmin olduğunu bildirib ki, Qərb Kiyevi generatorlar və digər avadanlıqlarla təchiz etdiyi üçün ukraynalılar soyuq qışdan sağ çıxa biləcəklər.
Ukraynanın enerji sisteminin etibarlılığını bərpa etmək üçün milyardlarla vəsait lazımdır, Timçenko vurğulayıb. O, külək və günəş enerjisinə keçidi təklif edib.
Bazar ertəsi, dekabrın 5-də Ukrayna mətbuatı Ukraynanın enerji obyektlərinə kütləvi raket hücumu barədə məlumat yayıb və bu, ölkənin bir çox regionlarının enerjisizləşdirilməsinə səbəb olub.
Şayəstə





