“Heç bir danışıqlar olmayacaq”: Hindistan səlahiyyətliləri Böyük Britaniya ilə ticarət danışıqlarını dayandırdı
Hindistanda səlahiyyətlilər Böyük Britaniya ilə ticarət danışıqlarını davam etdirmək istəmədilər. Buna səbəb ştatın Pəncab əyalətinin Hindistandan ayrılmasını müdafiə edən separatçıları qınamaqdan imtina etməsi olub.
Elchi.az xəbər verir ki, “Hindistan ticarət danışıqlarını davam etdirmək istəmir və hesab edir ki, biz Hindistan səfirliyinə hücumu və siqhizm ardıcıllarının separatçı hərəkatını kifayət qədər öyrənməmişik”, – Britaniya hökumətinin nümayəndəsi bildirib.
Belə ki, Londonda separatçılar Britaniya paytaxtında Hindistan səfirliyinin ərazisinə gələrək Hindistan bayrağını cırıblar. Sonra ölkə hakimiyyəti təşkilatın özünü yox, hücum faktını pislədi. “The Times” yazır ki, Böyük Britaniya Daxili İşlər Nazirliyi vəziyyətlə bağlı ən qısa zamanda rəsmi şərh vermək istəyir.
Həmçinin, nəşrin yazdığına görə, Londonun Hindistandan gələn əməkçi miqrantları sığorta haqlarından azad etməkdən imtina etməsi sazişə daha bir maneəyə çevrilib.
Şayəstə





