ABŞ Sahil Mühafizəsi Atlantik Okeanında Kanada sahillərində itən kruiz gəmisini tapmaq üçün axtarış-xilasetmə əməliyyatını davam etdirir. Xatırladaq ki, gəmi batmış “Titanik” gəmisinə doğru gedirdi.
Elchi.az-ın BBC.com-a istinadən bildirir ki, dərin dəniz ekspedisiya və tur şirkəti olan “OceanGate Expeditions” tərəfindən idarə olunan itkin sualtı qayığın göyərtəsində neçə nəfərin olduğu məlum deyil.
Şirkət sualtı qayıqdakı insanları xilas etmək üçün bütün imkanları səfərbər etdiyini bildirib.
Qeyd edək ki, “Titanik”in dağıntılarına 8 günlük ekspedisiya üçün bir turist biletinin qiyməti 250 min dollardır.
Yeganə
Həmçinin oxuyun:





