"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tofiq Yaqublu azad edilə bilər

12 Dekabr 2015 - 09:08
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

  Tofiq Yaqublu azad edilə bilər

Onun əfvə düşmək şansları daha çoxdur; Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədovun növbəti dəfə azadlığa çıxmasını tələb etdi

Yeni ildə əfv sərəncamının veriləcəyi barədə xəbərlər intensivləşir. Əfvlə azadlığa çıxma ehtimalı daha yüksək görünən siyasilərdən biri də Müsavat başqanının müavini Tofiq Yaqubludur. Bu ilin aprelində gənc qızı Nərgiz Yaqublunun vəfat etməsindən sonra başqan müavininin bu günə qədər azadlığa çıxması ilə bağlı xəbərlər daim aktual olub. 
Yeni il qabağı bir daha bu məsələ gündəmə gəlib. Əslinə qalsa, T.Yaqublunun əfvə düşməsinə bir maneə də qalmayıb. Belə ki, məhkəmə proseduralarını keçən, fevral ayında həbsinin iki ili tamam olan vicdan məhbusu azad olunması üçün bütün tələblərə cavab verir. Barəsində 5 il həbs qərarı verilən Yaqublu əfvə düşmək üçün tələb olunan həbsdə qalma müddətinin 1/3-ni arxada qoyub.
Üç başqan müavini həbsdə olan Müsavatın Məclis sədri Nüşabə Sadıxlı partiya olaraq hər bir siyasi məhbusun azadlığına böyük önəm verdiklərini bildirdi: “İclaslarımızda daim siyasi məhbus məsələsini gündəmdə saxlayırıq. Leyla Yunus azadlığa buraxılmamışdan bir gün öncə onun azad edilməsi üçün bəyanat vermişdik. İnsanların həbsdə saxlanılmasından ağır cəza ola bilməz. Tofiq bəyin azad olunacağına ümidimiz var. İnanırıq ki, o da əfvə düşəcək. Amma əfvin təkcə Tofiq bəylə bitməsini istəməzdik. Yadigar Sadıqov, Fərəc və Sirac qardaşlarına da bu qərar şamil olunsun. Bütün siyasi dustaqların azad olunması bizim üçün sevindirici xəbər olardı. Əgər biz demokratik dövlət görmək istəyiriksə, bu dövlət ilk növbədə siyasi məhbuslarsız olmalıdır”.
Başqan müavininin qızı Nigar Yaqublu siyasi məhbusların azad edilməsinin davamlı olacağını gözlədiklərini qeyd etdi: “Leyla və Arif Yunusların həbsdən azad edilmələri həm bizim, həm Yunuslar ailəsi, həm də Azərbaycan cəmiyyəti üçün çox sevindirici bir haldır. Gözləyirik ki, yenə də siyasi məhbuslar azad olunsunlar. Amma Tofiq Yaqubluya gəldikdə, onun azad olunmasını gözləmirik. Çünki kifayət qədər onu buraxmaq imkanları olub. Amma daim gözləntilərimiz bu olub ki, əfv olacaq, Tofiq Yaqubluya şamil olunmaycaq. Azad etsələr, çox yaxşı olacaq. Azad etməsələr, yenə də mübarizə davam edəcək. Başqa çarəmiz də yoxdur”.
N.Yaqublu atasının son durumu barədə də danışdı: “Atamla bu həftə görüşmüşəm. Yunusları təbrik etdi. Xəbəri ANS-dən eşidib, çox sevinmişdi. Hətta həmin gün axşam Leyla Yunusun azad edilməsini qeyd ediblər. Amma özü barədə belə qərar düşünmür. Azad etsələr edəcəklər, etməsələr də heç nə dəyişməyəcək. Özünü o məsələyə kökləməyib. Cəzaçəkmə müəssisində ümumi vəziyyəti qənaətbəxşdir. Ciddi problemləri yoxdur”.
T.Yaqublunun vəkili Nemət Kərimli daim insanlarda ümid olduğunu bildirdi: “İnsanlar çətin vəziyyətdə ümidlərlə yaşayırlar. Xüsusilə, bayramlar qabağı belə ümidlər çoxalır. Açığı mən ümid etmirəm. Hakimiyyətin humanizm prinsipi olsaydı, Nərgiz xanım rəhmətə gedəndə bu addımı atardı. O vaxt övladın ölümündən sonra belə bir addım atılmadı. Leyla Yunus Fransanın müqəddəs ordeni ilə təltif olunmuşdu. Onun azadlığını tələb etmək Fransanın borcu idi. Hakimiyyət onunla bağlı ciddi təzyiqlər etdi. Ona görə də sonda azad etdilər”.
Qeyd edək ki, Tofiq Yaqublu ilə birlikdə 2013-cü ilin yanvarında baş verən İsmayıllı hadisələrinə görə həbs edilən REAL sədri İlqar Məmmədov barəsində Avropa Şurası Nazirlər Komitəsi insan hüquqları ilə bağlı keçirdiyi iclasda 3-cü dəfə qərar çıxarıb. Əvvəlki qərarlar kimi, bu qərarda da REAL sədrinin azadlığa buraxılması tələb olunur.
Avropa Şurası Nazirlər Komitəsinin məlumatında deyilir ki, müzakrələrin yekunlarına dair qərarda Azərbaycan hakimiyyətinin indiyədək İlqar Məmmədovu azad etməməsindən “dərin təəssüf hissi”nin keçirildiyi ifadə olunub. Halbuki, bu barədə Avropa Məhkəməsinin qərarı və Azərbaycan rəhbərliyinə çoxsaylı müraciətlər var.
Qərarda İ.Məmmədovun dərhal azad edilməsi və Avropa Məhkəməsinin qərarlarının icrasından yan keçmək cəhdlərinə son qoyulması tələb olunub.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cahangir Hacıyev tarana gedir – sensasion gəlişmələr

Next Post

Bu ölkə də İslam dövləti oldu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bu ölkə də İslam dövləti oldu

Heydər Əliyevin vəfatından 12 il ötür - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.