Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev birinci dövlət başçısı Nursultan Nazarbayevin və ailə üzvlərinin bütün imtiyazlardan, eləcə də “elbası” (xalqların lideri) statusundan məhrum edilməsini dəstəkləyib.
Elchi.az xəbər verir ki, bundan sonra ölkədə bütün keçmiş prezidentlərin statusu məsələlərini tənzimləyən “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanun qüvvədə olacaq.
Nursultan Nazarbayevin xüsusi dəstəyi, o cümlədən şəxsi heyəti olan ofis, eləcə də xüsusi mühafizə bölmələri olmayacaq. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulduğu kimi, mənzil, dövlət daçası və sürücüsü ilə avtomobil qalacaq.
Yeganə





