Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yerlan Kaşanovun Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Elchi.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq fərmanla onun yerinə Murat Nurtleu təyin olunub.
Qazaxıstanın Prezident Administrasiyasının sabiq rəhbəri Yerlan Kaşanov isə parlamentin aşağı palatasının spikeri seçilib.





