"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Tökülən qanlara görə Fransa birbaşa məsuliyyət daşıyır”

14 Oktyabr 2022 - 12:51
in MANŞET

Qüdrət Həsənquliyev: “Əgər Fransa tərəf olmayıb Ermənistanı vaxtında başa salsaydı ki, beynəlxalq hüquq var və Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, sülh sazişi imzalamalı, birgə bəyanatın bütün müddəalarını yerinə yetirməlisən, heç 13-14 sentyabr sərhəd toqquşması da olmaz, hər iki tərəfdən yüzlərlə gənc həyatını itirməzdi”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Mətbuatda Qərb siyasətçilərinin “ikiüzlü Makron” kimi tanıdığı Fransa prezidentinin açıqlamasaı ilə tanış oldum. Makron deyir ki, onu heç kim neftlə, qazla ələ ala bilməz. Mən isə deyirəm ki, vicdanlı, ədalətli, satılmayan adam işğalçı Ermənistanın “vuvuzella”sına, Azərbaycan türkcəsində desək, şeypuruna, yaxud tütəyinə çevrilməz.

Elchi.az Xalqcəbhəsi.az-a istinadən xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. Millət vəkili bildirib ki, satılmayan şəxslər ali dəyərləri mənimsəmiş və həmin dəyərlərə sadiq insanlardır: “Bir milyon müsəlman azərbaycanlı az qala 34 ildir ki, məşəqqətli, mərhumiyyətlərlə dolu açı qaçqın və köçkün həyataı yaşayır. Azərbaycan dövlətinin ərazisinin 20%-i 30 il Ermənistanın işğalı altında olunda, işğalçıya deyilmədi ki, 1991-ci ilin sərhədlərinə qayıtmalısan, bunu etməsən sənə sanksiyalar tətbiq olunacaq. Birinci Qarabağ savaşında Yeltsin Rusiyası Ermənistan tərəfindən münaqişəyə cəlb olunub və Rusiya ordusunun 366-cı alayı Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib. İndi Putin Rusiyası neytrallığını qismən də olsa qoruyub saxlamağa çalışır. Makronu bu qane etmir və utanmadan, abır-həya etmədən deyir ki, Rusiya Azərbaycanın əlinə oynayır. Amma Rusiya ermənilərin tərəfində vuruşsaydı, aralarındakı bütün ziddiyyətlərə baxmayaraq, Putinə təşəkkür edəcəkdi. 10 noyabr 2020-ci il üçtərəfli sazişinin imzalanmasından 2 ilə qədər vaxt keçir. Əgər Fransa tərəf olmayıb Ermənistanı vaxtında başa salsaydı ki, beynəlxalq hüquq var və Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, sülh sazişi imzalamalı, birgə bəyanatın bütün müddəalarını yerinə yetirməlisən, heç 13-14 sentyabr sərhəd toqquşması da olmaz, hər iki tərəfdən yüzlərlə gənc həyatını itirməzdi. Ona görə həm 44 günlük savaşda, həm də sonrakı dövrlərdə tökülən qanlara görə, vicdansız vasitəçiliyi səbəbindən Fransa birbaşa məsuliyyət daşıyır. Fransa Senatı 15 noyabrda Azərbaycan əleyhinə qətnamə qəbul etməyə hazırlaşır. Belə bir qərar qəbul olunsa, biz Fransa ilə münasibətlərə yenidən baxmalı, bütün diplomatik əlaqələr kəsilməli, bu ölkədəki səfirimiz dərhal geri çağırılmalıdır. Azərbaycan 10 noyabr bəyanatının icrasını vasitəçi ölkə olan Rusiyadan tələb etməlidir. Rusiya bilməlidir ki, Azərbaycana yönəlik təzyiqlər həm də onun Rusiya ilə dostluq əlaqələrinə sadiq qalmasına görədir. Rusiya Azərbaycanın Qarabağ üzərində tezliklə suveren hüquqlarının bərpasına mane olmamalıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

20 evdən oğurluq edən dəstə üzvləri saxlanıldı

Next Post

Azərbaycanın startap ekosistemi haqqında məlumatları necə əldə etmək olar ?

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Azərbaycanın startap ekosistemi haqqında məlumatları necə əldə etmək olar ?

Azərbaycanın startap ekosistemi haqqında məlumatları necə əldə etmək olar ?

Müəllimlik ixtisasını bitirənlər üçün işə qəbul zamanı… – Təklif

Müəllimlik ixtisasını bitirənlər üçün işə qəbul zamanı… - Təklif

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.