İngiltərənin sabiq baş naziri Toni Bleyerin keçmiş köməkçisi Keyt Qross Milad bayramı günü vəfat edib.

ANS PRESS-in məlumatına görə, 36 yaşlı Keyt Qross dekabrın 25-də xərçəng xəstəliyindən vəfat edib. 5 yaşlı əkiz oğlanları olan qadın Milad bayramı axşamı öz evində dünyasını dəyişib.
“O arzuladığı kimi öldü – öz evində, yanında əlindən tutan həyat yoldaşı və övladları… Uşaqlar “artıq hədiyyələri aça bilərikmi?” deyəndən bir neçə dəqiqə sonra dünyasını dəyişdi”, – deyə qadının anası Keytin bloq səhifəsində paylaşıb.
Sabiq baş nazir Toni Bleyer də öz keçmiş köməkçisinin vəfat etməsindən kədərləndiyini bildirib.
“Mən onunla işlədiyim və onun həyatının bir hissəsi olduğum üçün sevinir və fəxr edirəm”, – deyə Bleyer qeyd edib.



