"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Topaz” – dəyərdir…

10 Mart 2016 - 10:18
in KÖŞƏ YAZILARI

<font color=red><b>“Topaz” – dəyərdir...</b></font>

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin turizmin inkişafı ilə bağlı Milli Məclisdə irəli sürdüyü təkliflər hər zaman olduğu kimi ön yarğılı və dəyişkən düşüncə sahibləri tərəfindən süngü ilə qarşılandı… Xüsusulə də türizm zonalarında kazinoların açılması ilə bağlı təşəbbüs… Qüdrət Həsənquliyevin turizmin inkişafı üçün dilə gətirdiyi digər təkliflər – Türkiyə və İran vətəndaşları üçün viza rejiminin ləğvi və s. isə bir kənara qoyuldu…
Olsun… İstənilən təklifin, təşəbbüsün, yaxud ideyanın qəbul olunmaması, tənqid edilməsi sıradan bir hadisədir. Hər kəs öz mövqeyini ifadə etməkdə azaddır. Lakin istənilən halda ortaya arqument qoyulmalıdır və bu arqument irəli sürülən təklifdən, yaxud ideya və təşəbbüsdən daha güclü olmalıdır. Təəssüf ki, Qüdrət Həsənquliyevin təklifi ilə bağlı məsələdə bunun əksinin şahidi olduq… Türizmin inkişafı ilə bağlı əsaslandırılmış bir təklifə qarşı absurd və heç bir ölçüyə uyğun gəlməyən arqumentlər irəli sürüldü… Məsələn, “Azərbaycanda kazinoların açılması milli-mənəvi dəyərlərimizə ziddir” və s. Maraqlıdır, Azərbaycanda milli-mənəvi dəyərlərin siyahısını kim və necə müəyyənləşdirir? Görəsən spirtli içklilərdən istifadə, maqazin proqramlarında, yaxud internet resurslarında özünü piştaxtaya çıxaran “şou əhli”nin davranışları bu siyahıya daxildir, ya yox?
Ümumiyyətlə, görəsən bəziləri “milli-mənəvi dəyər” deyəndə nəyi başa düşürlər?
Feodal təfəkkürü ilə yaşamağı? Bəlkə bu ifadə millətin və dövlətin mənafeyi naminə irəli sürülən təşəbbüslərin beşikdəcə boğulması, mütərəqqi fikirlərin susdurulması üçün ehkam rolunu oynayır. Arqument-filan lazım deyil, “milli-mənəvi dəyərlərə ziddir” de, vəssalam, qıfılla bütün ağızları…
…Azərbaycanda leqal şəkildə fəaliyyət göstərən kazino yoxdur. Qeyri-leqallarla isə DİN məşğul olur. Söhbət Siyavuş Novruzovun rəhbərlik etdiyi İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyət sferasına daxil olan dindən yox, Daxili İşlər Nazirliyindən gedir…
Kazino qumar oyunlarının gerçəkləşdirildiyi bir məkandır. Azərbaycanda “kazino” adlanan yerlər olmasa da, oxşar fəaliyyətlə məşğul olan məkanlar var. Məsələn, “Topaz” məntəqələri… “Topaz” da qumardır və bunun əksini sübut etmək üçün “milli-mənəvi dəyərlər” kimi arqumentsiz “ağız yummaq vasitələri” də kimsənin köməyinə gələ bilməz. Əgər Azərbaycanda “Topaz” kimi qumar oyunlarının mövcudluğu milli-mənəvi dəyərlərə zidd deyilsə, o zaman leqal kazinoların fəaliyyətə başlamasında da heç bir problem olmamalıdır. Yox əgər yalnız kazinolar milli-mənəvi dəyərlərə ziddirsə, o zaman belə anlaşılır ki, “Topaz” milli-mənəvi dəyərlər kateqoriyasına aiddir. Kəsəsi, “Topaz” – dəyərdir, kazino isə yox…
Bu gün Birləşmiş Millətlər Təşkilatının üzvü olan 193 ölkənin yalnız 66-da kazino yoxdur.
Postsovet ölkələrindən Belarus, Gürcüstan, Litva, Latviya və Estoniyada, eləcə Qazaxıstan,Türkmənistan və Rusiyanın xüsusi bölgələrində kazinolar fəaliyyət göstərir. Və heç kim iddia edə bilməz ki, adıçəkilən ölkələrdə milli-mənəvi dəyərlərə önəm verilmir…
Qeyd edim ki, artıq Qırğızıstanda da kazinoların fəaliyyətinin yenidən bərpa olunması istiqamətində müvafiq qərarların qəbul edilməsi gözlənilir. Bu ölkənin iqtisadiyyat naziri Arzıbek Kojaşev bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, mərc oyunları və kazinolarla bağlı seçilən strategiya turizmin inkişafı və investisiyalar üçün yeni imkanlar açacaq.
Nüfuzlu TechNavio mərkəzinin araşdırmalarına görə, 2020-ci ilədək ABŞ-da kazino biznesindən əldə olunan gəlir 93 milyard dollardan çox olacaq…
Nəzərə alsaq ki, ABŞ-da qumar və mərc oyunlarından əldə olunan gəlirin 85% vergiyə cəlb olunur, o zaman 2016-2020-ci illər ərzində hər il Birləşmiş Ştatların dövlət büdcəsinə bu sahədən təxminən 79 milyard dolların daxil olacağı gözlənilir.
Belorus isə hər il bu sahədən 2-3 milyard dollar gəlir əldə edir.
Bu nümunələrin sayını artıra bilərəm, amma nəticə eyni olacaq. Bu səbəbdən də BAXCP sədrinin irəli sürdüyü təklifin mahiyyətinə diqqət yetirməyə üstünlük verirəm. Qüdrət Həsənquliyevin belə bir təşəbbüslə çıxış etməsinin əsas səbəbi turizmin inkişafı və dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi ilə bağlıdır.
Kazino hər zaman olacaq, gizli ya da aşkar… Aşkar olanda vəsitlər dövlət büdcəsinə, gizli olanda isə kriminal qrupların cibinə axacaq.
P.S. Qənaətimə görə, istənilən təşəbbüsə, yaxud təklifə mövcud reallıqlar çərçivəsindən yanaşmaq lazımdır. Mövcud reallıqlar isə daha praktik, çevik və manipulyativ davranışlardan, avantüralardan uzaq olmağı tələb edir. İdeyalar, təşəbbüslər zamanın reallıqlarına uyğun dəyişə, redaktə oluna bilər. Önəmli olan dövlətin mənafeyidir.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Hər gün əlimdən 17 milyon dollar keçirdi…”

Next Post

“Kimsə Qüdrət bəy haqqında artıq-əskik danışa bilməz!”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

“Kimsə Qüdrət bəy haqqında artıq-əskik danışa bilməz!”

Türkiyəli şair diz çökərək Rusiyadan üzr istədi – VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.