"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Topaz“ın qumara qoyduğu oyunlar – SİYAHI

25 Sentyabr 2014 - 16:01
in İDMAN

1111-222Müasir dövrdə bukmeyker kantorlarının futbol üzərində nəzarətindən uzun-uzadı danışmağa ehtiyac yoxdu. Rəsmi və qeyri-rəsmi kantorlar bir çox oyunların nəticəsinə təsir etmək imkanlarına sahibdi. Təbii ki, hər şeyin başında pul gəlir. Rəsmi kantorlar əvvəlcədən əldə olunmuş razılaşmalara əsasən komandanın bəzi oyunlarının nəticəsini istədiyi kimi müəyyənləşdirir. Qeyri-rəsmi kantorlar isə başqa yollarla oyunları alırlar.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Bu kimi hallar Azərbaycandan da yan keçmir. Məsələn, ötən illərdə FIFA ölkəmizdə baş tutan və nəticəsi şübhəli olan oyunların siyahısını AFFA-ya təqdim etmişdi. Lakin asossiasiya bu qarşılaşmalarda heç bir hiylə tapa bilmədi, daha doğrusu tapmaq istəmədi. Həmin siyahıda yer alan oyunlar əsasən “Bakı” və “Turan”ın matçları idi. Bu qarşılaşmalara Asiya ölkələrindəki kantorlar vasitəsi ilə böyük məbləğdə pul qoyuluşları edilmişdi.
Bir neçə ildi fəaliyyət göstərən “Topaz”ın da dünyadakı digər kantorlar kimi oyunların nəticəsinə təsir etmək imkanına sahib olduğu sirr deyil. Qeyri-rəsmi anlaşmalara görə, Topaz Premyer Liqasında (“Topaz” həm də ölkə çempionatının rəsmi sponsorudu – red.) çıxış edən klublar mövsüm ərzində bir neçə oyununu kantora verir. Onlar isə nəticəni istədikləri kimi müəyyənləşdirib, həmin matçlara pul qoyuluşları edənlərin qazanmaq imkanlarını azaldırlar.
Cari mövsümdə cəmi 6 turun arxada qalmasına baxmayaraq artıq bəzi oyunların qumara qoyulması ilə bağlı məlumatlar var. İddia olunur ki, “Topaz” artıq bu mövsüm 5 matçın nəticəsini müəyyənləşdirib. Həmin siyahı belədi:
I tur
Araz Naxçıvan – Neftçi 3:0
Debütant “Araz Naxçıvan”ın heyəti “Neftçi”ni nəyinki 3:0, heç 1:0 hesabı ilə yenməyə də qadir deyil. “Ağ-qaralar” 2-ci heyətlə belə Naxçıvan səfərindən 3 xalla qayıda bilərdi. Amma ilk turun oyununda bunun əksi baş verdi və “Araz Naxçıvan” “Neftçi”ni darmadağın etdi.
II tur
Xəzər Lənkəran – Sumqayıt 0:1
“Xəzər Lənkəran”ın doğma meydanda “Sumqayıt” kimi komandaya uduzmasını heç kim proqnozlaşdırmırdı. Elə bunun nəticəsi idi ki, bütün proqnoz həvəskarları Lənkəran klubunun kiçik əmsallı qələbəsinə pul qoyuluşu etmişdi. Lakin “Fırtınalar meydanı”nda, 8500 çılğın lənkəranlı fanatın gözü önündə “Xəzər Lənkəran” “Sumqayıt”a 0:1 hesabı ilə yenildi.
IV tur
Qarabağ – Bakı 2:2
Ağır günlər yaşayan, 18-19 yaşlı təcrübəsiz futbolçuların ümidinə qalan “Bakı”nın səfərdə “Qarabağ”dan xal almasını heç yuxudada görmək mümkün deyildi. Avrokuboklarda sözünü deyən, “Zalsburq”, “Tvente”, “Sent-Etyen” kimi komandalarla başa-baş mübarizə aparan “Qarabağ” gözlənilmədən özündən azı 20 dəfə zəif “Bakı” ilə nəyinki sülh bağladı, hətta məğlubiyyətdən son dəqiqələrdə canını qurtardı.
IV tur
Xəzər Lənkəran – İnter 1:0
Heç də yaxşı günlər keçirməyən “Xəzər Lənkəran”dan “İnter”lə oyunda çoxları qələbə gözləmirdi. Çempionatın liderinin Lənkəran səfərindən ən azı bir xalla dönəcəyi proqnozlaşdırılırdı. Lakin bütün proqnozlar alt-üst oldu və meydan sahibləri 1:0 hesablı qələbə qazandı. Bu nəticəni “Topaz”ın “Xəzər Lənkəran”a “Sumqayıt”la oyuna görə yaranan “borcu”nu geri qaytarması kimi də dəyərləndirmək olar.
VI tur
İnter – Bakı 7:0
“İnter”in ağır günlər keçirən “Bakı”nı böyük hesabla məğlub etməsində qəribə heç nə yoxdu. Amma “bankirlər”in birdən-birə 7 cavabsız qola imza atması müəyyən şübhələrə yol açır. Deyilənə görə, matçda 7+ variantının reallaşmasında “Topaz”ın “barmağı” var.
Piaspor.az

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir

Next Post

Rusiya banklarının Azərbaycan bankları ilə əməkdaşlığı kimə nə verəcək?

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Rusiya banklarının Azərbaycan bankları ilə əməkdaşlığı kimə nə verəcək?

İsidor və İda Ştraus: Titanikdə yaşanmış real hadisə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.