"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

TopAzqulu və bozbaşxanım…

03 Mart 2016 - 21:21
in KÖŞƏ YAZILARI

“TopAzqulu və bozbaşxanım...

“29 saylı” marşrut avtobusunda gənc qız və oğlan söhbətləşirdi. İxtilat düz qulağımın dibində getdiyindən söhbəti eşitməyə bilmirdim. Söhbətin şirin yerində, kəsdirə bilmədim, oğlan nə dedisə, qız cin vurmiş kimi “Yok ya” deyə qışqırdı. Bütün avtobus əhli də dönüb qıza baxdı. O da başını aşağı salıb donquldandı: “Allah, Allah ya. Nə baxırlar? Görgüsüzlər…”.
Belə hadiəslərlə yəqin ki, siz də qarşılaşırsınız. Küçədə, avtobusda, metroda gedərkən gənc qızların bir çoxu bəzi sözləri, hətta cümlələri Anadolu türkcəsində söyləyir. Məsələn, “yok ya” , “aşkım” və s. Fikirləri öz dilimizdə ifadə edə bilməməyin, yaxud gənc yelbeyinlərə xas formazonluğun nəticəsi olan bu cür əttökənliyin kompleks səbəbləri var. Əsas səbəb isə məncə, kitab oxumamaq və Türkiyə kanallarının təsirində olmaqdır.
Kitab oxumamaq insanda başıboşluq yaradır, başıboşluq isə insanın, xüsusən gənc insanın mənfi təsirlərə düşməsinə gətirib çıxarır. Kimsə deyə bilər ki, bu tendensiya tələbələr arasında da geniş yayılıb, onlar ki, kitab oxuyurlar. İmtahan verib kursdan-kursa keçmək üçün məcburiyyətdən dərslik oxumaq mütaliə anlamına gəlməz. Əmin olun ki, o tələbələrin çoxu universitetə qədər ali məktəbə girməkdən ötrü, ali məktəbdə isə diplom almaq üçün məcburiyyətdən əllərinə kitab götürürlər. Diplom alan kimi olurlar orta statistik yelbeyinlər yığnağının bir parçacığı. Belələri, harada işləyirlər işləsinlər, oğlanlar Topazqulu, qızlar isə Bozbaşxanım olurlar.
Ancaq mütaliə ilə bağlı mübahisəli bir məqam da yaranır. Xaricdən ölkəmizə idxal olunmuş dini cərəyanların təsirinə düşən gənclərin beyinlərinin korlanmasında məhz kitablar böyük rol oynayır. Onlar ki, kitabı məcburiyyətdən yox, könüllü, istəyərək oxuyurlar. Yox, kimsə razılaşmayıb desə ki, hər yazılan və çap edilən kitab sayılmaz, orası mübahisələndirilə bilər. Həmin kitabları yazanlar və oxuyanlar, o nəşrlərdə yazılanları müdafiə və təbliğ edənlər sizinlə nə qədər desəniz, höcətləşərlər ki, onların oxuduqları cəmiyyət və bəşəriyyət üçün daha faydalıdır. Lap elə Suriyada döyüşə gedənlər və getməyə hazırlaşanlar, yaxud onların bir az mötədil hissəsi. Bir çox valideyni danışdırsanız, övladının kitab oxumayıb Topazqulu olmasına, avtobusda formazonluq edən yelbeyin bozbaşxanımlığına daha çox tərəfdar çıxar, nəinki kitab oxuyub “cihadçılıq” etməsinə. Əlbəttə, hər ikisi pisdir, amma seçim qarşısında qalanda, əksəriyyət birincini istəyər. Bəs nə etməli, gənclərə necə yol göstərməli? Zənnimcə, hələlik mümkün olmayacaq. Əvvəlcə daha vacib məsələləri həll etməliyik. Məsələn, şəhid mədəniyyət xadimlərimizin xatirəsini əbədiləşdirmək kimi vacib məsələləri.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

The Washington Times”dan Qarabağda müharibə xəbərdarlığı…

Next Post

Dolların qiyməti 1,60 manatı keçdi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Dolların qiyməti 1,60 manatı keçdi

Neft sürətlə bahalaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.