Topqapı Sarayının daxilindəki tarixi restoranın damında yanğın baş verib. Çoxlu sayda yanğınsöndürən yanğına müdaxilə edib.
Elchi.az xəbər verir ki, Türkiyədə Topqapı sarayında tarixi taxta restoranda naməlum səbəbdən yanğın baş verib.
Xəbəri alan polis, xilasetmə, sağlamlıq və təbii qaz qrupları Topqapı Sarayına sövq edilib.
Polis qrupları sarayın ətrafında sıx təhlükəsizlik tədbirləri görərkən, ətrafdakı otellərdə qalan vətəndaşların küçələrə çıxdığı görülüb.
Yanğınsöndürmə işləri zamanı bəzi bələdiyyələr yanğınsöndürənlərə su tankerləri ilə dəstək verib.
Bu arada yanğınsöndürmə işləri zamanı restoran çöküb.
Təxminən 2 saatlıq işdən sonra yanğın nəzarətə götürülərək söndürülüb.
Nuranə Məmmədova





