Torpaq qiymətləri bahalaşa bilər

>

Mart ayında Bakıda torpaq bazarında qiymətlər dollarla ifadədə 1.51 faiz artıb, manatla ifadədə 1.2 faiz azalma müşahidə edilib.

Bunu da oxuyun

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə, torpaq qiymətlərində dollarla ifadədə 3.96 faiz artım, manatla ifadədə isə 1.69 faiz azalma var, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlər dollarla ifadədə 1.35 faiz, manatla ifadədə isə 13.78 faiz artıb.

Ekspert bildirib ki, mart ayında torpaq bazarında aktivlik 1.1 faiz artıb. Onun sözlərinə görə, aktivliyin artması öz növbəsində növbəti aylarda qiymətlərin də artmasına səbəb ola bilər.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728