"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tovuz döyüşlərinin ssenarisi təkrarlanır: KTMT “kartı…”

15 Sentyabr 2022 - 22:12
in SİYASƏT

“Sentyabrın 12-dən etibarən Ermənistan- Aəzrbaycan sərhədində gərginlik davam edir. Döyüşlər Ermənistanın ara verməyən təxribatlarının nəticəsində başlandı. Rəsmi məlumata görə 71 şəhidimiz var. Ermənistanın itkiləri isə dəfələrlə çoxdur.
Hərbi əməliyyatlar nəticəsində qarşı tərəfə çox ciddi zərbə vurulub. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Hazırda Ermənistanda yüzlərlə yaralı var”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov FB hesabında qeyd edib:

“Əslində döyüşlərin başlanacağı gözlənilən idi. Azərbaycan Ordusunun “Qisas” əməliyyatı da məhz qarşı tərəfin sabotajlarına cavab idi.
Hazırda baş verən hadisələr 2020-ci ildəki Tovuz döyüşlərini xatırladır. O zaman olduğu kimi, bu dəfə də təxribatlar günlərlə davam etdi və nəhayət, Azərbaycan adekvat cavab verdi. İkincisi, yenə də təxribatlar sərhəddə təkrarlandı. Üçüncüsü, Tovuz döyüşlərində olduğu kimi, bu dəfə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) proseslərə cəlb etmək istiqamətində səylər var. Əlbəttə, Ermənistanın bu dəfə də məkrli niyyətini həyata keçirə bilməyəcək. Çünki Türkiyə KTMT-nin proseslərə müdaxiləsinə imkan verməz. Həmçinin KTMT daxilindəki türkdilli dövlətlər də buna razı olmaz. Nəzərə almaq lazımdır ki, Qazaxıstan artıq Ermənistana sülhməramlı kontingent göndərməyəcəyini bildirib. Həm də KTMT-nin proseslərə müdaxilə etməyə mənəvi haqqı yoxdur. Çünki qurum daxilində Azərbaycanın əslində özünü müdafiə etdiyini anlayan dövlətlər var.
Son günlər diqqət çəkən başqa bir məqam Ermənistan Baş naziri Nikol Paşinyanın telefon danışıqları ilə bağlıdır. O, Fransa, ABŞ, Rusiya, İran rəsmiləri ilə tələm-tələsik müzakirələr apardı. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel isə ən sonda danışdı. Bu, göstərir ki, Ermənistan hökumət başçısı Brüssel razılaşmalarına sadiq deyil. Əgər o, birinci Mişel ilə danışsa idi, bunun əksini düşünmək olardı. İndiki halda isə Paşinyanın “sürüşkən” regional siyasət yeritdiyini deyə bilərik.
Əlbəttə, təxribatlarda maraqlı olan qüvvələr. Xüsusilə ölü Minks Qrupunun keçmiş həmsədrləri- Rusiya, Fransa və ABŞ üçün belə provokasiyalar arzuolunandır. Çünki onların hər biri bu yolla Cənubi Qafqazdakı təsir dairələrini gücləndirə biləcəkləri barədə düşünürlər.
Bu gün Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti fəaliyyətə başlayır. İclas iki gün çəkəcək. Sammitdə Prezident İlham Əliyevin, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın, Rusiya lideri Vladimir Putinin, Ermənistan baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir. Yəqin ki, sammit çərçivəsində mühüm görüşlər keçiriləcək. Ermənistanla Azərbaycan arasındakı gərginliyin müzakirə ediləcəyi də mümkündür. İstisna deyil ki, Paşinyana sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən təzyiqlər göstəriləcək. Hərçənd Rusiya bunda maraqlı deyil.
Sərhəddə davam edən gərginlik əslində Paşnyan hakimiyyəti üçün fürsətdir. Əgər o, sülh sazişinin imzalanmasında maraqlıdırsa, onda bunun qaçılmaz və zəruri olduğunu müxalifətə izah edə bilər. Ermənistan iqtidarının əslində nə istədiyini isə zaman göstərəcək”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

104 il öncə Turana açılan QAPI

Next Post

“Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyil!”-Deputat

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
“Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyil!”-Deputat

"Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyil!"-Deputat

İran “Hüseyn”çilərlə nəsə edə biləcəyini düşünürsə, YANILIR!”-Politoloq

İran "Hüseyn"çilərlə nəsə edə biləcəyini düşünürsə, YANILIR!"-Politoloq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.