Tovuzda xəstəxanada 4 günlük körpə ölüb.
Elchi.az Report-a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.
Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.
Onun yaxınları iddia edir ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.
Faktla bağlı Tovuz Rayon prokurorluğunda araşdırma aparılır.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...





