Yaponiyanın ən böyük avtomobil konserni “Toyota Motor”-a 2009-cu ildən rəhbərlik edən Akio Toyoda şirkətin prezidenti vəzifəsindən istefa verəcək.
Elchi.az xarici mediaya istinadən bildirir ki, avtomobil konserninin təsisçisinin nəvəsi olan 66 yaşlı Toyoda şirkətin direktorlar şurasının sədri vəzifəsini tutacaq.x
Əvvəllər icraçı direktor vəzifəsini tutan Kodzi Sato “Toyota”-nın yeni direktoru olacaq.
Qeyd edək ki, Akio Toyoda 2000-ci ildə şirkətin direktorlar şurasının üzvü olub, 2005-ci ildə isə şirkətin icraçı vitse-prezidenti vəzifəsini tutub. 2012-ci ildə Britaniyanın “Autocar” jurnalı tərəfindən “İlin Adamı” seçilib.
Yeganə





