ABŞ-ın keçmiş prezidenti Donald Tramp, 2024-cü il prezident seçkiləri üçün hər zamankından fərqli seçici ruhunun olduğunu bildirərək, seçkilərin onun tərəfində olduğunu söylədi.
Elchi.az xəbər verir ki, Tramp bildirib ki, 2024-cü il seçkiləri ölkəmizi xilas etmək üçün yeganə şansımızdır.
ABŞ-da 2024-cü il prezident seçkilərinə namizəd olan respublikaçı siyasətçi Tramp ilk təşviqat çıxışlarını Respublikaçılar Partiyasının Nyu Hempşirdə və Cənubi Karolina ştatının paytaxtı Kolumbiyada keçirilən illik toplantısında edib.
2024-cü il seçkiləri ilə bağlı hər zamankindən daha qərarlı və qəzəbli olduğunu və böyük mitinqlər keçirəcəklərini dilə gətirən Tramp daha əvvəl görmədiyimiz bir seçici ruhu var deyib.
Tramp hazırkı prezident Co Baydenin sərhəd, iqtisadi və sosial siyasətlərini tənqid edərək, prezidentliyi dövründə həyata keçirdikləri siyasətlərdən nümunələr göstərib.
“2024-cü il seçkiləri ölkəmizi xilas etmək üçün yeganə şansımızdır” deyən Tramp ABŞ-ın solçu ideologiyaya, dərin dövlətə, mediaya və Çinə müqavimət göstərə biləcək liderə ehtiyacı olduğu fikrini bildirib.
“Bizə sərhədlər, ədalətli və azad seçkilər lazımdır. Əgər sizdə hər ikisi yoxdursa, ölkəniz də yoxdur. Ən əsası isə Baydenin yaratdığı hər böhranı və fəlakəti geri qaytaracağıq”.
Yeganə





