ABŞ-ın keçmiş lideri Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, ölkənin cənub sərhədini “möhürləyəcəyinə” söz verib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Siyasətçinin fikrincə, seçkidə qalib gələrsə, ABŞ-dan miqrantların deportasiya səviyyəsi Duayt Eyzenhauer administrasiyasının səviyyəsinə çatacaq.
Tramp həmçinin Ağ Evin hazırkı rəhbəri Co Baydeni ölkəsini məhv edən ən pis prezident adlandırıb. O, Birləşmiş Ştatların bütün siyasi qüvvələrini birləşməyə və vəziyyəti düzəltməyə çağırıb.
Daha əvvəl bildirilib ki, Tramp Respublikaçılar Partiyasının Ayova ştatında keçirilən ilkin seçkilərdə bütün iddiaçılar arasında liderdir. “NBC”-nin məlumatına görə, seçicilərin təxminən yarısı siyasətçiyə səs verməyə hazır olduğunu bildirib.
Havar Şəfiyeva






