ABŞ prezidenti Co Bayden ölkəni bir yana qoyaq, şirniyyat mağazasını belə idarə edə bilmirdi deyə açıqlama verib. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Amerikanın keçmiş lideri Donald Tramp deyib.
“Şirniyyat mağazası kimi kiçik bir mağazanız olsaydı, mağazanızı idarə etmək üçün Co Baydenə etibar edərdinizmi? “Qətiyyən yox”, – deyə Tramp vurğulayıb. Buna baxmayaraq, o qeyd edib ki, Bayden digər ölkələrin, o cümlədən Rusiya və Çinin başçıları ilə görüşlərdə ABŞ-ı təmsil edir.
Trampın fikrincə, prezidentin siyasəti ABŞ-da Böyük Depressiyaya bənzər iqtisadi böhrana səbəb ola bilər.
Havar Şəfiyeva






