ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, dünyada “ölüm və dağıntı” var, çünki Birləşmiş Ştatlar ölkə tarixində ən səriştəsiz liderə malikdir. O, bu fikri Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bütün planetdə ölüm və dağıntı hökm sürür, çünki ABŞ ölkə tarixində ən pis və ən bacarıqsız prezidentə sahibdir.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Tramp əlavə edib ki, ABŞ prezidenti Co Bayden ədalətdən siyasi rəqiblərinə qarşı silah kimi istifadə etməkdə ustadır və o, eyni enerjini ölkənin indi daha çox olan bütün düşmənlərini məğlub etmək üçün sərf etsəydi, daha yaxşı olar.
Ağ Evin keçmiş sahibi həmçinin qeyd edib ki , əgər o , ABŞ administrasiyasının rəhbəri olsaydı , Yaxın Şərqdə eskalasiya və Ukraynada münaqişə baş verməzdi .
Qeyd edək ki , bir müddət əvvəl Tramp Ukraynada münaqişənin başlamasına səbəb Baydenin axmaqlığının olduğunu bildirmişdi .
Nuranə Məmmədova






