“Trump Organization”a pul köçürmələrinə nəzarət etmək vəzifəsi daşıyan Nyu-Yorkun keçmiş federal hakimi ABŞ-ın keçmiş prezidenti Donald Trampın vergiləri ödəmək üçün gizli şəkildə şirkətindən şəxsi bank hesabına 40 milyon dollar köçürdüyünü iddia edib.
Elchi.az bu barədə Thedailybeast.com-a istinadən xəbər verir.
“Məhkəmə tərəfindən təyin edilmiş maliyyə auditoru Donald Trampı gizli şəkildə “Trump Organization”-dan şəxsi bank hesabına 40 milyon dollar köçürərkən yaxalayıb”- deyə mənbə yazır.
Qeyd edildiyi kimi, Tramp Təşkilatının pul köçürmələrinə nəzarət etmək vəzifəsi daşıyan Nyu-Yorkun keçmiş federal hakimi Barbara Consu bütün əməliyyatlar barədə xəbərdar etməlidir.
Nəşr yazır ki, Cons Nyu-York əyalət məhkəməsinə məlumat verib ki, o və komandası bu yaxınlarda Trampla əlaqəli 12 ayrı hesabdan 10 aylıq bank çıxarışlarını nəzərdən keçirərkən qeyri-adi fəaliyyət müşahidə ediblər. Mənbə yazır ki, o, üç pul köçürməsində ona xəbər vermədən 40 milyon dollar çıxarıb. Cons 29 milyon dolların vergilərin ödənilməsinə sərf edildiyini təsdiqləyib.
Yeganə






