Tramp zəif hüquqi məsləhətə görə günahkar bilinməsindən şikayətlənib.
Elchi.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəkilinin zəif məsləhətinə görə cinsi təcavüz işində təqsirli bilinməsindən şikayət edib. Bu barədə Newsweek məlumat yayıb.
Belə ki, Tramp Nyu-Yorkda münsiflər heyətinin onu 1990-cı illərdə Berqdorf Qudman univermağında jurnalist və yazıçı Elizabeth Jean Carroll-a qarşı cinsi təcavüzdə təqsirli bilən qərarını şərh edib. Trampın vəkili ona məhkəmədə iştirak etməməyi və ona məhəl qoymamağı tövsiyə edib.
Bu ilin may ayında Nyu-Yorkda münsiflər heyəti Trampı Kerrolla təcavüz cəhdində təqsirli bilib. Məhkəmə, Trampı mülki məhkəmə çəkişməsi çərçivəsində təqiblərə görə 2 milyon dollar təzminat ödəməyə məcbur edib. Bundan əlavə, siyasətçi Kerrollun böhtanına və reputasiyasına xələl gətirdiyinə görə daha üç milyon dollar köçürməli olacaq.
Şayəstə Hüseynova






