"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Tramp İlham Əliyevi yaxşı tanıyır` – Münasibətlərdə yeni mərhələ

19 Noyabr 2016 - 18:22
in XƏBƏR LENTİ

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa telefonla zəng edib. Dövlət başçısı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Prezident İlham Əliyev Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, prezident İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlət başçısına fəaliyyətində uğurlar azulayıb. Tramp prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev, həmçinin dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərlə görüşündə də Trampdan söz açıb. Onun böyük hörmətə layiq olduğunu deyib.

“Şəxsi fikrim çox müsbətdir. Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, ona qarşı aparılan aqressiv kampaniyaya baxmayaraq, Amerika xalqı ona böyük dəstək göstərdi, o, seçkilərdə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur. O, böyük hörmətə layiqdir.

Ümid edirik ki, əvvəlki illərdə ABŞ ilə Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq və düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə baş verənləri qiymətləndirir”.

Millət vəkili Elman Nəsirov hesab edir ki, Donald Trampın prezident seçilməsi ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır:

“Ümumiyyətlə, ABŞ-da Respublikaçılar Partiyasının hakimiyyətdə olduğu dövr xarici siyasət fəallığı ilə seçilir. Həmçinin respublikaçılar Cənubi Qafqaz regionuna xüsusi əhəmiyyət verirlər. Bu nöqteyi-nəzərdən yaddan çıxarmaq olmaz ki, 2002-ci ilin yanvar ayının 25-də respublikaçıların hakimiyyətdə olduğu administrasiya Azərbaycana qarşı 907-ci düzəlişin dondurulması ilə bağlı qərar qəbul edib və proses indiyə qədər davam edir. Eyni zamanda Trampın prezident seçildikdən sonra verdiyi bəyanatlar bu qənaətə gəlməyə imkan verir ki, o, regionla bağlı fəal siyasət yeritmək niyətini ortaya qoyub.

Azərbaycan regionun lider dövlətidir. ABŞ isə fövqəldövlətdir. Fövqəldövlətin bütün dünyada maraqları cəmlənib. Bu maraqlar baxımından yanaşsaq Cənubi Qafqaz regionunun həlledici dövləti hansıdır sualı ABŞ üçün olduqca əhəmiyyət kəsb edir. Bu baxımdan Tramp administrasiyasının Azərbaycanla xüsusi münasibətlərinin olacağını indidən proqnozlaşdırmaq mümkündür. Bunu Azərbaycan prezidenti İlham Əliyevlə ABŞ prezidenti Donald Trampın telefon danışığı təsdiqlədi”.

Deputatın fikrincə, Trampın Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı göstərir ki, onun və rəhbərlik etdiyi administrasiyanın ölkəmizə qarşı xüsusi münasibəti olacaq.

“Burada bir məqam qeyd olunmalıdır ki, Tramp prezident İlham Əliyev haqqında xoş fikirdə olduğunu, xoş sözlər eşitdiyini bildirib. Yəni, Azərbaycan prezidentinin bir lider kimi onda çox müsbət təsəvvür yaratdığını bildirib. Bütün bunlar onu deməyə əsas verir ki, Tramp Azərbaycan prezidentini yaxşı tanıyır və fəaliyyətini çox yüksək qiymətləndirdiyini ifadə edib.

ABŞ-ın regionla bağlı milli maraqlarını, Respublikaçılar Partiyasının hakimiyyətdə olmasını və onların Cənubi Qafqaza ənənəvi marağının artacağını və xüsusilə Donald Trampın prezident İlham Əliyevə şəxsən rəğbət bəsləməsini üst-üstə gəlsək, hesab edə bilərik ki, ABŞ-ın Azərbaycan bağlı siyasətində yeni mərhələnin şahidi olacağıq. Bu mərhələ ilk növbədə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə istinad edəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə qiyam – 100 nəfər təcridxanadan qaçdı (Video)

Next Post

Bu ərzaq məhsulları insanda aclıq yaradır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bu ərzaq məhsulları insanda aclıq yaradır

Argentinada xalq küçələrə axışdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.