ABŞ-ın keçmiş prezidenti Donald Tramp şənbə günü Respublikaçı Yəhudi Konvensiyasında çıxış edərək, yenidən seçiləcəyi təqdirdə, əksəriyyəti müsəlman olan bir sıra ölkələri hədəf alan mübahisəli səyahət qadağasını bərpa edəcəyinə söz verib.
Elchi.az bu barədə CNN.com-a istinadən xəbər verir.
Tramp Respublikaçı Yəhudi Koalisiyasının illik sammitində iştirak edənlərə deyib: “Biz radikal islam terrorçularını ölkəmizdən uzaqlaşdıracağıq.
Səyahət qadağasını xatırlayırsınızmı? Elə ilk gün səyahət qadağamızı bərpa edəcəyəm”, – deyə Tramp bildirib.
Yeganə






