ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, narkotik ticarətində təqsirli bilinənlər edam cəzasına məhkum edilməlidir.
Elchi.az xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində Tramp bəyan edib ki, ölkədə cinayət nisbətlərini azaltmaq üçün ölüm cəzası da daxil olmaqla daha sərt təcrübələr tətbiq edilməlidir.
Verilişin aparıcısı Bret Baier 2018-ci ildə Tramp tərəfindən azadlığa buraxılmış narkotik alveri ilə məşğul olan məhkum Alice Consona istinad edərək onun ölüm cəzasına məhkum edilənlər arasında olacağını xatırladanda Donald Tramp belə bir hökm qüvvədə olarsa, Consonun cinayət törətməkdən yayınacağını deyib.
Tramp deyib ki, narkotikləri dayandırmağın yeganə yolu narkotik ticarəti edənlərə ölüm cəzası verməkdir.
1996-cı ildə narkotik alveri və çirkli pulların yuyulmasında ittiham edilərək həbs edilən Alice Conson 2018-ci ildə Trampın xüsusi amnistiyası ilə azadlığa çıxıb.
Şayəstə Hüseynova




