ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı irəli sürülən məxfi sənədlərlə düzgün davranılmaması ilə bağlı iddialara münasibət bildirib. Elchi.az xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətdə danışıb.
Tramp ona qarşı ittihamları 2024-cü il ABŞ prezident seçkilərinə müdaxilə adlandırıb. Onun fikrincə, bu yolla rəqiblər səsi qazanmaq üçün onun reputasiyasını məhv etməyə çalışırlar. Siyasətçi ittiham aktını onunla izah edib ki, o, ictimai rəy sorğularında həm [ABŞ-ın hazırkı prezidenti Co Baydenlə, həm də digər respublikaçılarla müqayisədə liderdir.
Qeyd edək ki, bundan əvvəl Tramp məxfi materiallara malik olduğuna görə çağırılmışdı. “Korrupsiyaya uğramış Bayden administrasiyası vəkillərimə ittiham olunduğumu bildirdi” deyib.
Havar Şəfiyeva





