ABŞ Prezidenti qonaq olduğu televziya proqramlarından birində jurnalistin Putin haqqında qatil ifadəsi işlətməsinə sərt reaksiya verib.
Milyarder prezident aparıcı O’Rellinin “Putinə hörmət edirsinizmi?” sualına özünəməxsus şəkildə cavab verib:
“Bir çox insana hörmət edirəm. Amma bu, onunla birgə hərəkət edəcəyim anlamına gəlməməlidir. O, ölkəsinin lideridir. Rusiya ilə birgə hərəkət etmək, etməməkdən daha yaxşıdır. Əgər Rusiya terrora qarşı bizimlə birgə mübarizə apararsa, bu yaxşı haldır. Onunla birgə hərəkət edəcəyəm mi? Bu barədə heç bir fikrim yoxdur”.
Trampın Putin haqqında müsbət fikirlər söylədiyini görən jurnalist “Amma o bir qatildir. Putin qatildir”, deyə reaksiya verib.
Prezident də öz növbəsində “Çox qatil var. Bizim də çox qatilimiz var. Nə düşünürsünüz? Ölkəmizin günahsız olduğunu?” deyə cavab verib.




