ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Rusiya Vaşinqtondan “ super – duper raket ”in planlarını oğurlayıb.
Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
“Bilirsiniz ki, Rusiya super-duper raket oğurlayıb, bunlar çox sürətli uçur. Onlar Barak Obama administrasiyası dövründə oğurluq ediblər ”, o, Nyu-Hempşirdə tərəfdarlarının mitinqində deyib.
Tramp vurğuladı ki, Rusiya Federasiyası hansısa yolla məxfi çertyojları əldə edib və bundan sonra raketləri özləri dizayn edib.
Eyni zamanda, siyasətçi hansı sistemləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Nuranə Məmmədova






