“Prezident-elekşn” üçün
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiyaya yaxınlığı səbəbi ilə impiçmentə məruz qala bilər. Belə bir iddia ilə Rusiyanın “Moskovski komsomolets” qəzetinin yazarı İlya Baranikas çıxış edib.
Baranikas yazır:
“Son dövrlərdə ABŞ mediasında Donald Trampın mümkün impiçmenti ətrafında söz-söhbətlər dolaşır. Bəzi media mənsubları hətta daha da irəli gedərək Trampın heç yanvarın 20-də prezident kürsüsündə əyləşməyəcəyini iddia edirlər.
“Nyu York” jurnalının yazdığına görə, jurnalistləri belə bir qənaətə gətirən əsas səbəb ABŞ konstitusiyasında ifadə olunan müddəalardır.
Konstitusiyanın 1-ci maddəsinin 9-cu bölümünə əsasən Amerika Birləşmiş Ştatları heç kimə zadəgan titulu bəxş etmir və Birləşmiş Ştatlarda etibar edilən və maaşlı vəzifə tutan heç kimsə xarici ölkədən gəlir əldə və hədiyyələr qəbul edə bilməz.
Hazırda Trampa qarşı irəli sürülən ən böyük ittiham onun Vladimir Putinlə yaxınlığıdır. Qəzetlərin yazdığına görə, bu yaxınlıq hansısa alturistik (təmənnasız kömək-red.) motivlərdən və ya beynəlxalq gərginliyi azaltmaq, ABŞ-ın milli təhlükəsizliyini gücləndirmək kimi məqsədlərdən irəli gəlmir. Sadəcə, Trampın Rusiyada və keçmiş SSRİ respublikalarında öz biznes maraqları var.
Tramp postsovet məkanında biznes əlaqələrinin detallarını heç kimə açmır, vergi bəyannaməsini dərc etmir və prezident seçilməsi ilə bağlı olaraq öz biznes imperiyasından necə ayrılacağı ilə əlaqədar mətbuata məlumat vermir.
Bütün bunlar onu göstərir ki “prezident-elekt”-in (seçilən prezident-red.) gizlətməyə çox şeyi və səbəbi var.
Mövzu barədə Brukinqs institutunun araşdırmaçı qrupu tərəfindən hazırlanan xüsusi məruzəsi diqqəti cəlb edir.
Məruzənin müəllifləri ABŞ-da konstitusiya hüququ və dövlət etikası sahəsində formalaşan ekspertlərdən ibarətdir.
Onların fikrincə, Trampın dövlət və biznes maraqlarının toqquşması ilə bağlı situasiya konstitusiyanın “vəzifə gəlirləri” haqqında maddəsinə tamamilə uyğun gəlir”.
“Nyu York” jurnalı Trampın Şotlandiyada “külək dəyirmanları” ilə, daha doğrusu onun Aberdindəki qolf kurortu yaxınlığındakı bu enerji mənbələrindən bəslənən fermalarla müharibəsindən danışır. Jurnal Trampın həmin ferma sahiblərinə mane olmaq istədiyini, onları məhkəməyə verdiyini, hətta Şotlandiya hökumətini ərizələri ilə bombardman etdiyini yazır.

Tramp külək dəyirmanları barədə yaxın dostu saydığı, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasında mühüm rol oynayan, Müstəqillik partiyasının sədri Naycel Faracla da söhbət edib. Donald Tramp Faracı hətta Böyük Britaniyanın ABŞ-dakı səfiri görmək istədiyini krallıq hökumətinə çatdırırb.

Bundan başqa, milyarder –prezident Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla hər söhbətində öz biznes partnyoru Mehmet Ali Yalçındağı da tərifləməklə məşğuldur. (Mehmet Ali Yalçındağ Türkiyənin varlı iş adamlarından sayılır. O, “Doğan” holdinqin idarə heyətinin üzvü, Rusiyanın axtarış motoru Yandex-in Türkiyədəki rəhbəridir. Mehmet Ali Yalçındağ Aydın Doğanın qızı və “Doğan” TV-nin idarə heyətinin sədri Arzuxan Doğan Yalçındağın həyat yoldaşıdır – red.).
Məgər bu, maraqların toqquşması deyil bəs nədir? – jurnal sual verir.
Trampın Konqresdə oturan respublikaçıların bir çoxu ilə fikir ayrılıqları mövcuddur. Onların əksəriyyəti Rusiyanın haker hücumları vasitəsi ilə ABŞ-da seçkilərin gedişatına təsir etdiyinə inanırlar, Tramp isə yox.
O, bunun üçün inandırıcı sübutların olmamasında və haker hücumlarının başqaları tərəfindən həyata keçirilməsində hələ də təkid edir. Onu mövzu ilə bağlı xüsusi xidmət orqanlarının raportları belə inandıra bilmir.
Bu isə ABŞ qanunvericilərini dərindən şübhəyə salır. Onlar Trampın hansı səbəbdən aşkar faktları görməzliyə vurduğu və ABŞ-a düşmən olan ölkəni nə üçün müdafiə etdiyi barədə suallar verməyə başlayıblar.

Hətta Trampın müşaviri, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ceyms Vulsi də onun mövqeyinə zidd olaraq haker hücumlarının ruslar tərəfindən törədilə biləcəyini söyləməyə məcbur olub.
“The Washington Post” Trampın Rusiya ilə bağlantılarına həsr etdiyi xüsusi yazıda “qaranlıq şübhələr”dən bəhs edib.
Həmin şübhələr Trampın Rusiya dövləti və şirkətləri ilə əlaqələri, habelə Putin və onun yaxın çevrəsi ilə gizli sövdələşmələrinin olması ilə bağlıdır.

Qəzet Rusiyanın qatı düşmənləri sayılan senatorlar Con Makkeyn və Lindsi Qremin yaxın vaxtlarda Senata Moskvaya qarşı yeni sanksiya layihələri ilə gələcəyini,Ttrampın bundan imtina edəcəyi halda isə onun hətta vətənə xəyanətdə ittiham olunacağını yazıb.
Yazıda Trampla bağlı daha bir heyrətamiz versiya da irəli sürülüb. Müəllifin fikrincə, Rusiyanın əlində Trampa qarşı videomateriallar da ola bilər. Mətbuat Trampın Rusiyada keçirilən gözəllik yarışmalarına baş çəkdiyinə və yeni prezidentin məlum məsələdə olduqca pis şöhrətə malik olduğuna işarə vuraraq Rusiyanın bundan çox gözəl istifadə edə biləcəyini yazıb.
“Hansısa rus hamamı və ya buna bənzər yerlərdə çəkilən kadrlar Trampın Rusiya ilə mövqeyinin bu dərəcədə üst-üstə düşməsini gözəl izah edə bilər”, – yazıda bildirilir.